Əlixan Musayev:
Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”.
Bünyadov-Məmmədəliyev:
Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər.
Elmir Quliyev
:
Обитатели Огня воззовут к обитателям Рая: "Пролейте на нас воду или то, чем вас наделил Аллах". Они скажут: "Аллах запретил это для неверующих,
Ələddin Sultanov:
Cəhənnəm əhli cənnət əhlinə: “Suyunuzdan, yaxud Allahın sizə verdiyi ruzilərdən bizə də biraz verin!” – deyə səslənəcək. Onlar isə: “Həqiqətən, Allah bunları kafirlərə haram etmişdir”, - deyəcəklər.
Kerbelayi Malik ağa:
Atəş (cəhənnəm) əhli cənnət əhlinə nida etdi (səsləndi): ‘Sudan və ya Allahın sizə ruzi olaraq verdiyi şeylərdən bizə də verin.’ (Cənnətliklər) belə dedi: ‘Şübhəsiz ki, Allah ikisini də kafirlərə haram etdi.’
Ələsgər Musayev:
Od əshabı cənnət əshabına nida edər: «Tökün üzərimizə sudan, ya nədən ki, ruziləndirib sizi Allah!» Deyərlər: «Həqiqətən, Allah hər ikisini kafirlər üçün qadağan edib», -
A.Mehdiyev və D.Cəfərli:
Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün». Deyəcəklər: «Həqiqətən Allah bu ikisini kafirlərə haram etmişdir.»
Kövsər Tağıyev:
Cəhənnəmliklər isə cənnətliklərə: “Nə olar, sudan və ya Allahın sizə verdiyi ruzidən bir az da bizim üzərimizə tökün”, – deyə səslənərlər. Onlar: “Şübhəsiz, Allah bunları kafirlərə haram buyurmuşdur”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Cəhənnəm əhli cənnət əhlini səsləyərək: "Bizə bir az su və ya Allahın sizə verdiyi ruzidən endirin." - deyər. Onlar deyəcəklər: "Allah ikisini də kafirlərə qadağan etmişdir".
Sabirə Dünyamalıyeva:
Və od əhli, cənnət əhlinə, "Bir az su və ya Allahın sizə ruzi olaraq verdiyi şeylərdən bizə də ötürün" deyə səslənəcəklər. Onlar da, "Allah, dinlərini məsxərəyə alan və əyləncə edən, bəsit, keçici dünya həyatına aldanan kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] ikisini də həqiqətən qadağan etmişdir!" deyəcəklər.