Əlixan Musayev:
Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri (yanından) qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin (verəcəyin) hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də (onları qovsan) zalımlardan olarsan.
Elmir Quliyev
:
Не прогоняй тех, которые взывают к своему Господу утром и перед закатом, стремясь к Его Лику. Ты нисколько не в ответе за них, и они нисколько не в ответе за тебя. Если же ты прогонишь их, то окажешься одним из беззаконников.
Ələddin Sultanov:
Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan. (Qüreyş qəbiləsindən olan müşriklər Həzrət Peyğəmbərin (s.ə.s) yanına gəldikləri zaman kasıb möminlərin orada olmasını istəmirdilər. Peyğəmbər (s.ə.s) də onların bu istəklərini yerinə yetirmək üçün həmin möminləri oradan uzaqlaşdırmaq istədi. Buna görə də Cəbrail (ə.s) Peyğəmbərə (s.ə.s) yuxarıdakı ayəni nazil edərək bunu etməməsi üçün onu xəbərdar etdi.)
Kerbelayi Malik ağa:
Səhər, axşam Rəblərinin Zatını diləyərək dua edənləri qovma. Onların hesabından sənin üzərinə, sənin hesabından onların üzərinə bir şey yoxdur. Artıq onları qovsan, o zaman sən zalımlardan olarsan.
Ələsgər Musayev:
Özündən kənar salma o kəslər ki, səhərlər və axşamlar Rəblərini çağırırlar və Onun vəchini istəyirlər. Onların hesabından sənin üzərində bir şey yoxdur və sənin hesabından onların üzərində bir şey yoxdur ki, onları özündən kənar salasan və zalimlərdən olasan.
A.Mehdiyev və D.Cəfərli:
Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! Nə onların hesabından (etiqadi və əməli vəzifələrindən və savablarından) bir şey sənin öhdənədir və nə də sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan və (nəticədə) zalımlardan olasan.
Kövsər Tağıyev:
Rəblərinin rizasını istəyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların hesabından sənə bir şey yoxdur, sənin hesabından da onlara bir şey yoxdur ki, onları qovasan. Əgər qovsan, zalımlardan olarsan.
M.Qənioğlu və T.Bilaloğlu:
Səhər axşam özlərinin Rəbbini çağıraraq, Ona üz tutanları qovma! Nə sən (Allah dərgahında) onlar üçün bir şeydə cavabdehsən, nə də onlar sənin üçün bir şeydə cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan.
Sabirə Dünyamalıyeva:
Və Allahın razılığını diləyərək səhər-axşam; həmişə Rəbbinə dua edən kəsləri qovma! Onların haqq-hesabında sənin heç bir məsuliyyətin yoxdur, sənin haqq-hesabından da onlara heç bir şey yoxdur. Onları qovsan səhv; öz zərərinə olan əməli işləyənlərdən olarsan!