Əlixan Musayev:
Biz onlara biliyimizlə izah etdiyimiz, iman gətirən camaat üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz onlara (Məkkə müşriklərinə və kafirlərinə) elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələrini öyrətmək üçün mükəmməl) bir Kitab (Quran) gətirdik.
Elmir Quliyev
:
Мы преподнесли им Писание, которое разъяснили на основании знания, как верное руководство и милость для верующих людей.
Ələddin Sultanov:
Həqiqətən, Biz onlara iman gətirən bir qövm üçün hidayət və rəhmət olan, elmlə açıqladığımız bir Kitab (Quran) gətirdik.
Kerbelayi Malik ağa:
And olsun, onlara bir kitab gətirdik və amənu olan bir qövm üçün onu rəhmət və hidayət edici olaraq bir elm üzərinə ayrı-ayrı açıqladıq.
Ələsgər Musayev:
Əlbəttə, gəldik Biz onlara kitabla, hansı ki, elmlə fəsillərlə etdik onu. Hidayət və rəhmətdir o qoum üçün ki, inanırlar!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz onlara (geniş) elm əsasında ətraflı izah etdiyimiz (kəlmələrini ayə və surələrə, möhkəm və mütəşabihlərə, «nəss» və «zahir»lərə, mənasını isə əsl və qollara, müxtəlif elm və maariflərə böldüyümüz) bir kitab gətirdik ki, o, iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir.
Kövsər Tağıyev:
And olsun, biz onlara bilərək bəyan etdiyimiz bir kitabı inanan bir topluluq üçün hidayət və rəhmət olaraq gətirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara bir Kitab gətirdik və onu iman gətirənlərə düz yol və mərhəmət kimi elmlə müfəssəl izah etdik.
Sabirə Dünyamalıyeva:
Heç şübhəsiz onlara, inananlar üçün bir yol göstərən və rəhmət olaraq, müfəssəl bir elmlə tam izah etdiyimiz bir Kitab gətirmişdik.