Ənkəbut Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri hiss etmədən gələcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər istehza ilə) səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər (bunun üçün) əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, (əzab) onlara qəflətən, özləri hiss etmədən gələcəkdir.
Elmir Quliyev :
Они торопят тебя с мучениями. Если бы не назначенный срок, то мучения уже явились бы к ним. Воистину, они явятся к ним внезапно, и они даже не почувствуют этого.
Ələddin Sultanov:
Səndən əzabın tez gəlməsini istəyirlər. Əgər vaxtı əvvəlcədən təyin edilmiş olmasaydı, həqiqətən, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən özləri fərqinə varmadan gələcəkdir.
Kerbelayi Malik ağa:
Səndən əzabın tez gəlməsini istəyirlər. Əgər təyin olunmuş zaman olmasaydı, əzab onlara dərhal gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən onlar hiss etmədən gələcək.
Ələsgər Musayev:
Onlar səndən təcili əzab istəyirlər. Əgər toxunan əcəl olmasaydı, gələrdi onlara əzab. O gələcək onlara qəflətən onlar şüursuzdurlar.
A.Mehdiyev və D.Cəfərli:
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər (Allahın Lövhi Məhfuzda onlar üçün yazmış olduğu) müəyyən bir müddət olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Əlbəttə, onların əzabları qəfildən onlar qafil olduqları halda yetişəcəkdir.
Kövsər Tağıyev:
Səndən əzabın tezliklə gəlməsini istəyirlər. (Hikmətə uyğun olaraq) əgər müəyyən olunmuş bir vaxt olmasaydı, əzab onlara mütləq gələrdi. Əlbəttə, onlar fərqində deyilkən onlara (əzab) qəflətən gələcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar əzab barəsində səni tələsdirirlər. Əgər müəyyən edilmiş bir vaxt olmasaydı, həmin əzab onlara gələrdi. O, onlara heç özləri duymadan, qəflətən gələcəkdir.
Sabirə Dünyamalıyeva:
səndən, əzabın tez-tələsik gəlməsini istəyirlər. Əgər müəyyənləşdirilmiş/adı qoyulmuş bir möhlət olmasaydı, əzab onlara əlbəttə gəlmiş olardı. o əzab, heç fərqində olmadıqları bir anda onlara qəflətən gələcək.