Əlixan Musayev:
Yoxsa (kafirlər) yalnız onun (Quranda verilən xəbərlərin) aqibətini gözləyirlər? Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: “Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıqmı ki, (əvvəllər) etdiyimiz əməl-lərdən başqasını edək?” Onlar özlərini ziyana uğratdılar. Uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb qeyb olacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onlar (kafirlər) ancaq aqibətimi (Kitabın xəbər verdiyi aqibətimi) gözləyirlər? Onun xəbər verdiyi aqibət (qiyamət) gəlib çatdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: “Doğrudan da, Rəbbimizin elçiləri (bizə) haqqı gətirmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?” Onlar özlərinə ziyan etdilər. Uyduqları (bütlər də) onlardan uzaqlaşıb qeyb oldu.
Elmir Quliyev
:
Неужели они дожидаются чего-либо, кроме исполнения пророчества? В тот день, когда оно исполнится, те, которые предали его забвению прежде, скажут: "Посланники нашего Господа принесли истину. Найдутся ли для нас заступники, которые заступились бы за нас? И не вернут ли нас обратно, чтобы мы совершили не то, что совершили прежде?" Они потеряют самих себя, и покинет их (или исчезнет) то, что они измышляли.
Ələddin Sultanov:
Onlar isə, sadəcə, (Quranın xəbər verdiyi) aqibəti gözləyirlər. Onun (xəbər verdiyi) aqibəti gəldiyi gün, daha əvvəl onu unutmuş olanlar belə deyəcəklər: “Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər. Bizə şəfaət edəcək bir şəfaətçi varmı və ya (dünyaya) geri qaytarılmağımız mümkündürmü ki, etdiyimiz əməllərdən başqasını (yaxşı əməllər) edək? Onlar özlərini ziyana saldılar. Uydurduqları şeylər (bütlər) də onlardan uzaqlaşıb yoxa çıxdı. (Kafirlər Qurana iman gətirməyib: “Görək, bunun axırı nə olacaq!” – deyərək axirətə iman gətirmək üçün qiyamətin qopmasını gözləyirdilər. Ancaq unudurdular ki, o gün gəldiyi zaman onların imanı heç bir fayda verməyəcəkdir. )
Kerbelayi Malik ağa:
Onlar yalnız onun təvilinəmi (izahına) baxırlar? Onun təvilinin gəldiyi gün daha öncə onu unutmuş olanlar: ‘Rəbbimizin rəsulları haqq ilə gəlmişdir. Artıq bizə şəfaət edəcək şəfaətçilər varmı ki, bizə şəfaət etsinlər. Və ya (dünyaya) qaytarılmış olsaydıq, etdiklərimizdən başqasını edərdik.’ deyərlər. Nəfslərini hüsrana uğratdılar. Uydurduqları şeylər onlardan ayrıldı.
Ələsgər Musayev:
Məgər gözləyirlər ancaq onun təvilinimi? O gün ki, onun təvili gələr, deyəcəklər o kəslər ki, bundan qabaq unutmuşdular onu: «Əlbəttə, Rəbbimizin rəsulları haqq ilə gəldilər. Indi bizim üçün şəfa edən olacaqmı bizə şəfa etsin? Ya geri qaytarıla bilərikmi, etmədiyimiz əməlləri edək?» Əlbəttə, onlar öz nəfslərinə xəsarət yetirdilər və iftira etdikləri də onlardan itib yox oldu!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onlar onun tə’vil və yozumundan başqa bir şey gözləyirlər? (Onlar Qur’anın cəza və mükafat vədlərinin Qiyamətdə eynilə gerçəkləşməsindən başqa şey gözləyirlər?) Onun tə’vili gələn gün onu əvvəldən unutmuş kəslər «doğrudan da Rəbbimizin peyğəmbərləri bizə həqiqəti gətirdilər (lakin biz qəbul etmədik), buna görə də, görəsən (bu gün) bizim üçün bizə şəfaət edəcək şəfaətçilər varmı, yaxud etdiklərimizdən qeyrilərini yerinə yetirməyimiz üçün (dünyaya) qaytarıla bilərikmi?» deyəcəklər. (Xeyr,) onlar (həmin gün) şübhəsiz özlərini ziyana uğratmışlar və iftira etdikləri (yalandan Allaha şərik qoşduqları) şey onların gözlərindən itib.
Kövsər Tağıyev:
Onlar isə ancaq (“Baxaq görək!” – deyərək) Qur`anın bildirdiyi sonu (tə`vilini) gözləyirlər. Onun bildirdiyi son gəlib çatdığı gün əvvəl onu unutmuş olanlar deyərlər ki: “Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişlər. İndi bizim üçün şəfaətçilər varmı ki, bizə şəfaət etsinlər və ya (dünyaya) qaytarılaq, etdiklərimizdən başqasını edək?” Həqiqətən, onlar özlərinə ziyan etmişlər. (İlah deyə) uydurduqları (bütlər) də onları darda qoyaraq uzaqlaşıb yox olmuşlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar məgər onun gerçəklənməsinimi gözləyirlər?! Onun gerçəklənəcəyi gün isə onu əvvəlcədən unudanlar deyəcəklər "Rəbbimizin peyğəmbərləri bizə haqqı gətirdilər. Bizə həyan duran havadarlar varmı? Yaxud geri qaytarılacağıqmı ki, əvvəllər etdiyimiz əməllərdən başqasını edək?“ Onlar özlərinə ziyan vurmuşlar, uydurduqları bütlər isə onları qoyub yox olmuşlar.
Sabirə Dünyamalıyeva:
Onun qabağa çıxmasından başqa nə gözləyirlər? Onun qabağa çıxdığı gün gələndə, əvvəlcə ona əhəmiyyət verməyənlər, "Rəbbimizin elçiləri həqiqətən bizə haqqı gətirmişdi. Görəsən bizim üçün vasitəçilik edəcək vasitəçilər varmı? Və yaxud geri qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?" deyəcəklər. Şübhəsiz, özlərinə ziyan etdilər. Uydurduqları şey də onlardan uzaqlaşmışdır.