Əlixan Musayev:
Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.
Bünyadov-Məmmədəliyev:
Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”
Elmir Quliyev
:
Когда к тебе приходят те, которые уверовали в Наши знамения, говори им: "Мир вам! Ваш Господь предписал Себе быть Милосердным, и если кто из вас сотворит зло по своему невежеству, а затем раскается и станет совершать праведные деяния, то ведь Он — Прощающий, Милосердный".
Ələddin Sultanov:
Ayələrimizə iman gətirənlər sənin yanına gəldikləri zaman (onlara) de: “Sizə salam olsun! Rəbbiniz mərhəmətli olmağı Özünə vacib etdi. Odur ki, sizlərdən hər kim bilməyərək pis bir iş görərsə, sonra onun arxasınca tövbə edib özünü islah edərsə, bilsin ki, Allah bağışlayandır, rəhmlidir”.
Kerbelayi Malik ağa:
Ayələrimizə inanan kəslər sənin yanına gəldiyi zaman onlara belə de: ‘Salam üzərinizə olsun. Rəbbiniz Öz üzərinə ‘rəhməti’ yazdı. Belə ki, sizdən kim cahilliklə bir pislik edər, sonra onu etdikdən sonra tövbə edər (mürşidin qarşısında) və islah olarsa (nəfsini islah edərsə), o təqdirdə şübhəsiz ki, O (Allah) Ğafurdur (məğfirət edəndir), Rəhimdir (rəhmət nurunu göndərəndir).’
Ələsgər Musayev:
Onda ki, sənin yanına gəldilər o kəslər ki, Bizim ayətlərimizlə inanıblar, de: «Salam olsun üzərinizə!» Yazıbdır Rəbbiniz Öz nəfsinə rəhməti. Sizdən kim cəhalət üzündən pis əməl edib, sonra qayıdarsa bundan və islah edərsə, həqiqətən, O Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de.
Kövsər Tağıyev:
Ayələrimizə iman edənlər sənin yanına gəldikləri zaman de ki: “Salam olsun sizə! Rəbbiniz öz üzərinə rəhməti (mərhəməti) yazdı. Belə ki, sizdən kim cahilliklə qəbahət bir iş görər, sonra ardından tövbə edər, özünü düzəldərsə, (bilin ki,) O, çox bağışlayandır, çox mərhəmət edəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimizə iman gətirənlər yanına gələrsə "Sizə salam olsun!" [Üzərinizə əmin-amanlıq olsun] - de. Rəbbiniz sizə mərhəmət göstərməyi Özünə vacib bilmişdir; sizlərdən kim isə bilmədən pis iş tutub, ondan sonra tövbə edərək düzələrsə Həqiqətən, O, bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Və ayələrimizə inanan kəslər sənə gəldikləri zaman dərhal: "Salam olsun sizə! Rəbbiniz rəhməti Öz üstünə yazdı. Şübhəsiz ki, sizdən hər kim bilməyərək bir pislik etdikdən sonra tövbə etsə və düzəltsə; şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və neməti bol olandır, geniş mərhəmət sahibidir!" de!