Ənam Surəsi 57. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Mən Rəbbimdən (nazil olan) açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbrsizliklə can atdığınız (əzab) məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir O, ayırd edənlərin ən yaxşısıdır”.
Bünyadov-Məmmədəliyev:
De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qurana) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!”
Elmir Quliyev :
Скажи: руководствуюсь ясным доказательством от моего Господа, а вы считаете это ложью. Я не владею тем, что вы торопите. Решение принимает только Аллах. Он изрекает истину и является Наилучшим из судий".
Ələddin Sultanov:
De: “Həqiqətən, mən Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda deyil. Hökm ancaq Allahındır. Haqqı O bəyan edər. O, (haqq ilə batili) ayırd edənlərin ən yaxşısıdır”.
Kerbelayi Malik ağa:
De ki: ‘Şübhəsiz ki, mən Rəbbimdən bir bəyyinə (dəlil) üzərindəyəm siz onu yalanladınız. Təcili istədiyiniz şey mənim əlimdə deyil. Hökm ancaq Allahındır. O, haqqı anladır. O, (haqq batili) ayırd edənlərin ən xeyirlisidir.’
Ələsgər Musayev:
De: «Mənim Rəbbimdən aydın dəlilim var siz yalançısınız onun ilə. Mənim yanımda deyil, ki, siz onun barəsində tələsirsiniz. Hökm ancaq Allah üçündür, O haqq ilə hökm edər O xeyirli müfəssəl edəndir!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Mən öz Rəbbim tərəfindən (Qur’an vəhy kimi) aşkar bir dəlilə əsaslanıram siz onu təkzib etdiniz. Sizin tələsdiyiniz şey (səmavi əzab) mənim yanımda (əlimdə) deyildir. (Varlıq aləmində mütləq) hökm yalnız Allaha məxsusdur ki, haqqı bəyan edir (onu nahaqdan) ayırır. O, (haqla batil arasında) hökm edənlərin (onları bir-birindən) ayıranların ən yaxşısıdır.»
Kövsər Tağıyev:
De ki: “Şübhəsiz, mən Rəbbimdən (gələn) qəti bir dəlilə sahibəm. Siz isə onu təkzib etdiniz. Sizin tez bir zamanda gəlməsini istədiyiniz əzab mənim əlimdə deyil. Hökm yalnız Allaha aiddir. O, haqqı danışır. O, haqqı batildən ayırd edənlərin ən xeyirlisidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən Rəbbimdə olan aydın bir dəlilə söykənirəm. Siz isə onu yalan hesab etdiniz. Tələsib can atınız (əzab) məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. O, haqqı bildirir O, hökm verənlərin ən yaxşısıdır!"
Sabirə Dünyamalıyeva:
De ki: "Mən Rəbbimdən açıq-aydın bir dəlillə gəldim. Siz isə o dəlili təkzib etdiniz. O tez gəlməsini istədiyiniz şey mənim yanımda deyil, hökm ancaq Allahındır, həqiqəti O izah edər/gerçəkləşdirər O, ayırd edənlərin ən xeyirlisidir."