Əlixan Musayev:
Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olardım!”
Bünyadov-Məmmədəliyev:
Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” – deməsin!
Elmir Quliyev
:
Или чтобы не пришлось ему говорить, когда он увидит мучения: "Если бы у меня была еще одна возможность, то я стал бы одним из творящих добро".
Ələddin Sultanov:
Yaxud əzabı gördüyü zaman: “Kaş mən təkrar dünyaya qayıda biləydim və beləcə, yaxşı əməl sahiblərindən olaydım!” – deməsin.
Kerbelayi Malik ağa:
Yaxud əzabı gördüyünüz zaman: ‘Kaş ki mənim bir dəfə də (fürsətim) olsaydı, o zaman muhsinlərdən olardım.’ deyənlərdən (olmayın).
Ələsgər Musayev:
Ya deyər, onda ki, gördü əzabı: “Əgər bir kərə
qayıtmaq mənə mümkün olsaydı, yaxşılardan olardım!”
A.Mehdiyev və D.Cəfərli:
Yaxud (məbada) əzabı görən zaman «ey kaş qayıda və yaxşılardan ola biləydim!» desin.
Kövsər Tağıyev:
Yaxud əzabı gördüyü zaman: “Kaş mənim üçün dünyaya bir qayıdış ola, yaxşılıq edənlərdən olam”, – deməsin.
M.Qənioğlu və T.Bilaloğlu:
Və ya əzabı görən zaman: "Kaş bir də (dünyaya qayıdıb) xeyir əməl tutanlardan olaydım!" - deməsin.
Sabirə Dünyamalıyeva:
və ya əzabı gördüyü zaman: "Kaş mənə bir geri dönüş imkanı olsaydı, mən də o gözəl-yaxşı əməl işləyənlərdən olsaydım" deməsindən əvvəl, Rəbbinizdən sizə nazil edilənin ən gözəlinə tabe olun."