Ənam Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Əgər səbrsizliklə can atdığınız (əzab) mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.
Bünyadov-Məmmədəliyev:
De: “Əgər təcili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı tanıyandır!”
Elmir Quliyev :
Скажи: "Если бы я владел тем, что вы торопите, то спор между мной и вами был бы уже решен. Но Аллаху лучше знать о беззаконниках.
Ələddin Sultanov:
De: “Əgər tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda olsaydı, mənimlə sizin aranızda iş, əlbəttə, bitirilmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər təcili istədiyiniz o şey həqiqətən, mənim yanımda olsaydı, mənimlə sizin aranızda əlbəttə yerinə yetirilmiş olardı. Allah zalımları ən yaxşı bilir.’
Ələsgər Musayev:
De: «Əgər nəyə ki,tələsirsiniz, mənim ixtiyarımda olsaydı, mənimlə sizin aranızda hökm olunardı Allah Alimdir zalimlərlə!
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər tələsdiyiniz şey mənim ixtiyarımda olsaydı (bütün lazımi dəlillər sizə təqdim edilib qurtardığı mənim insani səbrim tükəndiyi üçün əzab göndərərdim və) mənimlə sizin aranızdakı mütləq (çoxdan) sona çatmışdı. Lakin Allah zalımları daha yaxşı tanıyandır (və kimi, harada necə həlak etməli olduğunu bilir).»
Kövsər Tağıyev:
De ki: “Sizin tez bir zamanda gəlməsini istədiyiniz əzab mənim əlimdə olsaydı, mənimlə sizin aranızda iş, əlbəttə, bitmiş olardı”. Allah zalımları daha yaxşı biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Əgər sizin tələm-tələsik can atdığınız (əzab) əlimdə olsaydı, onda mənimlə sizin aranızda məsələ artıq bitmiş olardı. Axı Allah zalımları daha yaxşı tanıyır!
Sabirə Dünyamalıyeva:
De ki: "Sizin tez gəlməsini istədiyiniz şey mənim əlimdə olsaydı, mənimlə sizin aranızdakı məsələ həqiqətən gerçəkləşib bitmiş olardı. Allah, səhv; öz zərərinə olan əməli işləyənləri ən yaxşı biləndir.