Əlixan Musayev:
Bu Ad qövmü idi! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun elçilərinə asi oldular və hər bir inadcıl təkəbbür sahibinin əmrinə uydular.
Bünyadov-Məmmədəliyev:
Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə qarşı çıxdılar (peyğəmbərlərin hamısı tövhid, təkallahlılıq təbliğ etdiklərinə görə bir peyğəmbərə qarşı çıxan kimsə bütün peyğəmbərlərə qarşı çıxmış olur), başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.
Elmir Quliyev
:
Такими были адиты! Они отвергли знамения своего Господа, ослушались Его посланников и последовали за всяким горделивым упрямцем.
Ələddin Sultanov:
Bu da Ad qövmüdür! Onlar Rəbbinin ayələrini inkar edib Onun peyğəmbərlərinə asi oldular və hər inadkar müstəbidin əmrinə uydular.
Kerbelayi Malik ağa:
Ad qövmü Rəblərinin ayələrini bilərək inkar etdilər və Onun rəsullarına asi oldular (üsyan etdilər). Bütün azğın zülmkarların əmrinə tabe oldular.
Ələsgər Musayev:
Bu, Ad
idi ki, Rəblərinin ayətlərini inkar etdilər və Onun rəsullarına asi
olub və tabe oldular külli zor deyənin, inadkarın əmrinə.
A.Mehdiyev və D.Cəfərli:
Bu Ad (qövmü) idi. Onlar özlərinin Rəbbinin nişanələrini (tövhidin aydın dəlillərini və Hudun peyğəmbərliyinin aşkar əlamətlərini) inkar etdilər, Onun peyğəmbərlərinə itaətsizlik göstərdilər və hər bir inadkar zor işlədənin əmrinə tabe oldular.
Kövsər Tağıyev:
Bu da Ad qövmü! Rəblərinin ayələrini inkar etdilər. Onun peyğəmbərlərinə qarşı çıxdılar və inadkar hər zorbanın əmrinə tabe oldular!
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, Ad tayfasıdır ki, öz Rəbbinin ayələrini rədd edib, Onun peyğəmbərlərinə qarşı çıxdı və hər bir inadkar zülmkarın əmrinə uydu.
Sabirə Dünyamalıyeva:
Və bax bu, Rəbbinin ayələrinə baş qaldıran, Onun elçilərinə asi olan və hər bir inadkar zalımın əmrinə tabe olan Ad qövmüdür.