Əlixan Musayev:
Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik”– deyəydilər.
Bünyadov-Məmmədəliyev:
Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə kifayətdir. Allah bizə Öz nemətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən). Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!” – deyəydilər!
Elmir Quliyev
:
Лучше бы они довольствовались тем, что дали им Аллах и Его Посланник, и сказали: "Нам достаточно Аллаха. Аллах одарит нас из Своей милости, а также Его Посланник. Воистину, мы устремляемся к Аллаху!"
Ələddin Sultanov:
Əgər onlar Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Peyğəmbəri də. Həqiqətən, biz Allahdan istəyirik!” - desəydilər (bu, onlar üçün daha yaxşı olardı).
Kerbelayi Malik ağa:
Əgər onlar həqiqətən Allahın və Onun Rəsulunun onlara verdiyi şeyə (qənimət payına) razı olsaydılar: ‘Allah bizə kifayət edər, Allah və Onun Rəsulu bizə yaxında fəzlindən verəcək. Şübhəsiz ki, biz Allaha rəğbət bəsləyirik.’ deyərdilər.
Ələsgər Musayev:
Əgər razı olsaydılar nə ki, əta edir onlara
Allah və Onun rəsulu və deyərdilər: «Hesabı bizə Allahın. Əta
edir bizə Allah Öz fəzlindən və Onun rəsulu. Həqiqətən, biz
tərəfinə Allahın rəğbətliyik!
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlar Allahın və Onun Peyğəmbərinin (sədəqələrdən) onlara verdikləri ilə razılaşıb «bizə Allah kifayətdir, tezliklə Allah və Onun Peyğəmbəri bizə Öz lütfündən əta edəcək, həqiqətən biz Allaha tərəf meylliyik» desəydilər (onlar üçün daha yaxşı olardı).
Kövsər Tağıyev:
Əgər onlar Allah və Rəsulunun onlara verdiyinə razı olub: “Bizə Allah yetər. Öz lütfü ilə Allah və Rəsulu bizə yenə verər. Biz yalnız Allaha rəğbət edərik”, – desəydilər, onlar üçün daha xeyirli olardı.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın və peyğəmbərinin onlara bəxş etdiyindən razı qaldıqda, gərək onlar. "Allah bizim üçün kifayətdir. Allah Öz lütfündən bizə bəxş edəcəkdir, Onun peyğəmbəri də. Həqiqətən, biz Allahdan umuruq!" - deyəydilər.
Sabirə Dünyamalıyeva:
Və kaş onlar, Allah və Elçisinin onlara verdiyinə razı olaydılar. Və "Bizə Allah yetər. Allah, tezliklə bizə bəxşişlər verəcək, Elçisi də. Şübhəsiz ki, biz yalnız Allaha rəğbət bəsləyirik" deyəydilər.