Əlixan Musayev:
(Müşriklər) səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl (neçə-neçə) ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın mərhəmətindən qabaq əzabını) istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar, xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!
Elmir Quliyev
:
Они торопят тебя со злом прежде добра, но ведь до них уже были примеры поучительного наказания. Воистину, твой Господь прощает людей, несмотря на их несправедливость. Воистину, твой Господь суров в наказании.
Ələddin Sultanov:
(Müşriklər) səni tələsdirib yaxşılıqdan əvvəl pisliyi (əzabın gəlməsini) istəyirlər. Halbuki onlardan öncə də bunun bənzərləri baş vermişdi. Həqiqətən, Rəbbin, zülm etmələrinə rəğmən insanlara qarşı məğfirət sahibidir. Şübhəsiz ki, Rəbbinin cəzası şiddətlidir. (Məkkəli müşriklər belə demişdilər: “Ey Allah! Əgər bu Quran həqiqətən sənin tərəfindən göndərilibsə, dərhal üzərimizə daş yağdır, yaxud bizə başqa bir əzab ver!” Yuxarıdakı ayə bu hadisəyə işarə edir. Əslində onlar əzabın gəlməsini istəmir, sadəcə olaraq bu sözləri ilə Qurana lağ edirdilər.)
Kerbelayi Malik ağa:
Onlardan əvvəl bir çox cəzalar gəlib keçmiş olduğu halda, səni tələsdirib yaxşılıqdan əvvəl pisliyi istəyirlər. Şübhəsiz ki, sənin Rəbbin insanlar üçün onların zülmlərinə qarşı məğfirət sahibidir. Şübhəsiz ki, Rəbbinin cəzası əlbəttə çox şiddətlidir.
Ələsgər Musayev:
Tələsdirirlər səni yaxşılıqdan qabaq pisliklə, bir surətdə ki, onlardan qabaq olub keçmişdir oxşar cəzalar. Həqiqətən, Rəbbin insanları bağışlayandır onların zülmü müqabilində. Həqiqətən, Rəbbin şiddətlidir iqaba.
A.Mehdiyev və D.Cəfərli:
Onlardan qabaq (keçmiş ümmətlərə) ibrətamiz bəlaların (gəlib) keçmiş olduğu(nu bildikləri) halda, onlar səndən rəhmət (tələbin)dən qabaq, əzab(ın nazil olmasın)a tələsməyini istəyirlər. Həqiqətən sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı (böyük bir) bağışlama sahibidir və əlbəttə, Rəbbin (əzaba layiq olanlara) şiddətli cəza verəndir.
Kövsər Tağıyev:
Bir də yaxşılıqdan əvvəl pisliyin tez gəlməsini səndən istəyirlər. Halbuki onlardan əvvəl ibrət götürüləsi bir çox əzab gəlib keçmişdir. Şübhəsiz, Rəbbin insanların zülmlərinə rəğmən bağışlama sahibidir. Bununla birlikdə Rəbbinin əzabı da çox şiddətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar yaxşılıqdan öncə pisliyin gəlməsinə səni tələsdirirlər. Lakin əslində onlara qədər də ibrətamiz cəzalar verilmişdi. Həqiqətən, sənin Rəbbin insanları, haqsızlığı olsa belə, bağışlayandır. Sənin Rəbbin şiddətli cəza da verəndir.
Sabirə Dünyamalıyeva:
Və onlar səndən, yaxşılıqdan öncə pisliyi tezləşdirməyini istəyirlər. Halbuki onlardan əvvəl iz qoyan cəzalar ötüb keçmişdir. Və həqiqətən, sənin Rəbbin, səhv işlərinin əvəzində insanlara qarşı mərhəmət sahibidir. Və həqiqətən sənin Rəbbinin əzabı/haqq-hesabı çox şiddətlidir.