Zümər Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə (haqdan) döndərilirsiniz!
Bünyadov-Məmmədəliyev:
Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun keçi kimi) heyvanlardan (erkək dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqdan) necə döndərilirsiniz? (İmandan necə dönürsünüz?)
Elmir Quliyev :
Он создал вас из одного человека. Он сотворил из него жену и ниспослал для вас из скотины восемь животных парами. Он создает вас в утробах ваших матерей: одно творение появляется вслед за другим в трех мраках. Таков Аллах, ваш Господь. Ему принадлежит власть. Нет божества, кроме Него. До чего же вы отвращены от истины!
Ələddin Sultanov:
O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cift meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?! (Bu ayədə keçən “səkkiz cift” ifadəsi ilə erkək dişi olmaqla dəvə, inək, qoyun keçi nəzərdə tutulmuşdur. Ayədəki “üç qaranlıq” ifadəsi bəzi təfsirçilər tərəfindən ana bətnindəki rüşeymin inkişaf mərhələləri, bir qisim təfsirçilər tərəfindən isə rüşeymin ətrafındakı pərdələr olaraq izah edilmişdir.)
Kerbelayi Malik ağa:
Sizi tək bir nəfsdən yaratdı. Sonra ondan onun zövcəsini yaratdı. Sizin üçün dörd ayaqlı heyvanlardan səkkiz cüt endirdi. Sizi analarınızın qarnında bir yaradılışdan sonra başqa bir yaradılışla üç zülmət içərisində yaradar. Bu sizin Rəbbiniz Allahdır. Mülk Onundur. Ondan başqa İlah yoxdur. Buna baxmayaraq siz necə döndərilirsiniz.
Ələsgər Musayev:
Xəlq etdi sizi vahid nəfsdən, sonra etdi ondan zövcünü onun nazil etdi sizin üçün davarlardan səkkiz cüt. Sizi analarınızın bətnində üç qaranlıq arasında yaranış yaranışın ardınca xəlq etdi. Bu, qüdrət sahibi Allah sizin Rəbbinizdir. Onun üçündür mülk. Ondan başqa Ilahi yoxdur. qədər israfkarsınız?
A.Mehdiyev və D.Cəfərli:
(Allah) sizin hamınızı bir şəxsdən (ulu babanız Adəmdən) yaratdı. Sonra onun zövcəsini (Həvvanı) onun növündən yaratdı (və onların ikisinin evlənməsi ilə insan növü törəyib artdı). (Yaxud:) Siz canlıları bir tək hüceyrəli varlıqdan yaratdı. Sonra (onu artırmaqla) onun üçün bir cüt (tay) yaratdı (və bu yolla yer üzündəki bütün canlılar yarandı). (Qeyb xəzinələrindən zahiri aləmə) sizin üçün heyvanlardan səkkiz qism (hər birindən erkək-dişi olmaqla dəvə, inək, qoyun keçi) endirdi. Sizi (və heyvanlarınızı) analarınızın bətnlərində üç zülmət (pərdə, uşaqlıq bətn) içərisindəki yaradılışdan sonra (digər) bir yaradılışla yaradır. Budur Allah, sizin Rəbbiniz! Varlıq aləminin mülkiyyəti hakimiyyəti Ona məxsusdur. Ondan başqa bir məbud yoxdur. Belə isə necə hara döndərilirsiniz?
Kövsər Tağıyev:
O, sizi bir tək nəfsdən yaratdı. Sonra ondan həmtayını yaratdı. Sizin üçün heyvanlardan (erkək dişi olmaqla) səkkiz cüt yaratdı. Sizi analarınızın qarnında bir yaradılışdan digərinə keçirərək üç (qat) qaranlıq içində ərsəyə gətirir. Rəbbiniz olan Allah bax budur. Mülk (mütləq hakimiyyət) yalnız Onundur. Ondan başqa heç bir ilah yoxdur. O halda necə olur ki, haqdan döndərilirsiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
O, sizi tək bir nəfərdən yaratmışdır. Sonra ondan onun tayını da düzəltdi. Sizin üçün mal-qaradan (erkək dişi) olmaqla səkkiz baş heyvan göndərdi. O, sizi analarınızın bətnində üç zülmət içərisində bir varlıqdan başqa varlığa (keçirməklə) yaratdı. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk ancaq Ona məxsusdur, Ondan başqa tanrı yoxdur. Belə isə siz necə üz çevirirsiniz?!
Sabirə Dünyamalıyeva:
O, sizi tək bir nəfsdən meydana gətirdi, sonra ondan zövcəsini əmələ gətirdi sizin üçün heyvanlardan səkkiz cüt endirdi. O sizi analarınızın bətnində üç zülmət içində, yaradılışdan sonra bir yaradılışla meydana gətirir. Bax bu, sahiblik, rəhbərlik yalnız Özünə məxsus olan Rəbbiniz Allahdır. Ondan başqa məbud deyə bir şey yoxdur. Elə isə, necə olur ki, döndərilirsiniz?