Əlixan Musayev:
Allahdan başqası ilə dostluq edənlərə Allah Özü nəzarət edir. Sən onların mühafizəçisi deyilsən.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Allahdan başqasını dost tutanlar üzərində Allah Özü nəzarətçidir. Sən onlara zamin deyilsən! (Sənin vəzifən yalnız risaləti, Allahın hökmlərini təbliğ etməkdir!)
Elmir Quliyev
:
Аллах является Хранителем для тех, которые взяли себе иных покровителей и помощников помимо Него (сохраняет их злодеяния для того, чтобы они получили воздаяние), и ты не являешься их попечителем и хранителем.
Ələddin Sultanov:
Allahdan başqasını özlərinə dost tutanları O, daim izləyir. Sən onların vəkili deyilsən.
Kerbelayi Malik ağa:
Onlar Ondan (Allahdan) başqası ilə dostluq edirlər. Allah onların üzərində Hafizdir. Sən onlara vəkil deyilsən.
Ələsgər Musayev:
O kəslər ki, götürdülər Ondan başqa
dost, Allah Hafizdir üzərində onların və sən üzərində onların
vəkil deyilsən!
A.Mehdiyev və D.Cəfərli:
Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməllərini qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən.
Kövsər Tağıyev:
Allahdan başqa dostlar tutanlara gəlincə, Allah onları daima izləyir. Sən onlara vəkil deyilsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Ondan başqa özlərinə himayəçilər götürənləri Allah nəzarəti altında saxlayır, sən isə onlara zamin deyilsən!
Sabirə Dünyamalıyeva:
Və Onun yaratdıqlarından köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edən insanlar – Allah onların üzərində etdiklərini qeydə almaqdadır. Və sən onların üzərində canlı-cansız bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən biri/vəkil deyilsən.