Casiyə Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha Onun dəlillərinə dair sözə inanmadıqdan sonra hansı sözə daha inanacaqlar?!
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz onları (Cəbrail vasitəsilə) sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha Onun ayələrinə (Qurana) inanmadıqdan sonra hansı kəlama inanırlar?
Elmir Quliyev :
Вот аяты Аллаха, которые Мы читаем тебе истинно. В какой же рассказ после рассказа об Аллахе и его знамениях они верят?
Ələddin Sultanov:
Bunlar sənə haqq olaraq oxuduğumuz Allahın ayələridir. Elə isə onlar Allahdan Onun ayələrindən sonra hansı sözə inanacaqlar?
Kerbelayi Malik ağa:
Bunlar Allahın ayələridir. Sənə haqq olaraq onları oxuyuruq. O halda Allahdan Onun ayələrindən sonra hansı sözə inanacaqlar?
Ələsgər Musayev:
Bu, ayətləridir Allahın, tilavat edirik onu üzərinə sənin haqq ilə. Bəs Allahın hədislərindən Onun ayətlərindən sonra nəyə inanacaqlar?
A.Mehdiyev və D.Cəfərli:
Bunlar (kitabın bu ayələri sizin öz vücudunuzda təbiətdə olan ayələr) Allahın haqq doğru olaraq sənə oxuduğumuz ayələridir. Buna görə (əgər bunları qəbul etməsələr), Allahdan (Allahın sözündən) Onun nişanələrindən sonra hansı sözə iman gətirəcəklər?!
Kövsər Tağıyev:
Bax bunlar Allahın ayələridir. Onları sənə haqq olaraq oxuyuruq. Artıq Allahdan onun ayələrindən sonra hansı sözə inanacaqlar?
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar, Allahın ayələridir. Biz onları sənin üçün haqq olaraq oxuyuruq. Allahın kəlamından Onun ayələrindən başqa onlar hansı sözə inanarlar?
Sabirə Dünyamalıyeva:
Bax bunlar, Bizim sənə haqq olaraq oxumaqda olduğumuz Allahın ayələridir. Sənə onları layiqincə oxuyuruq. Artıq onlar, Allahdan Onun ayələrindən sonra, hansı sözə/hansı fakta inanacaqlar?