Əlixan Musayev:
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sənə nazil edilənə (Qurana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər
Elmir Quliyev
:
Разве ты не видел тех, которые заявляют, что они уверовали в ниспосланное тебе и в ниспосланное до тебя, но хотят обращаться на суд к тагуту, хотя им приказано не веровать в него? Дьявол желает ввести их в глубокое заблуждение.
Ələddin Sultanov:
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi?! Onlar tağuta inanmamaları əmr olunduğu halda onun hüzurunda mühakimə olunmaq istəyirlər. Şeytan isə onları uzaq (dərin) bir zəlalətə salmaq istəyir. (Tağut kəliməsi Quranda, “büt, şeytan, zəlalətdə olan kimsə və s.” mənalarda işlədilmişdir. Yuxarıdakı ayənin nüzul səbəbi ilə əlaqəli olaraq bildirilir ki, münafiqlərdən biri mübahisə etdiyi şəxsə, aralarında hökm verməsi üçün Həzrət Peyğəmbərin (s.ə.s.) əvəzinə Kab ibn Əşrəfin yanına getməyi təklif edir. Beləliklə bu ayə, münafiqlərin iç üzünü ortaya çıxartmışdır.)
Kerbelayi Malik ağa:
Sənə endirilənə və səndən əvvəl endirilənlərə inandığını zənn edən kəsləri görmədinmi? Onu (şeytanı) inkar etməklə əmr olunduqları halda tağutun önündə mühakimə olunmaq istəyirlər. Şeytan onları uzaq bir dəlalətlə sapdırmaq (dəlalətə salmaq) istəyir.
Ələsgər Musayev:
Ə, görmədinmi o kəsləri ki, iddia edirdilər inandırqlarını
nə ilə nazildir tərəfinə sənin və nə ki, nazildir səndən qabaq?
Onlar istəyirlər mühakimə olunsunlar tərəfinə Tağutun. Onlara
əmr edildi ki, kafir olalar onun ilə və şeytan istəyir ki, onları
yoldan azdıraraq uzaq zəlalətə salsın.
A.Mehdiyev və D.Cəfərli:
Məgər sənə nazil olana və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Sənə endirilən Qur`ana və səndən əvvəl endirilənə inandıqlarını iddia edənləri görmürsənmi? Tağutu tanımamaları onlara əmr olunduğu halda onun qarşısında mühakimə olunmaq istəyirlər. Şeytan da onları dərin bir sapqınlığa salmaq istəyir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirdiklərini iddia edənləri görməmisənmi? Onlar Tağutun [şeytanın] qarşısında mühakimə olunmalarını istərlər. Halbuki onlara əmr olunmuşdu ki, ona inanmasınlar. Şeytan isə onları yoldan çıxardıb daha uzağa azdırmaq istəyir.
Sabirə Dünyamalıyeva:
Sənə nazil olana və səndən əvvəl nazil edilənə inandıqlarını irəli sürən, [bunun üçün] qəti surətdə inanmamaları əmr olunan tağutu[#373] aralarında hakim etmək istəyən [tağutun hakimliyi ilə mühakimə olunmaq istəyən] kəsləri görmədinmi/heç düşünmədinmi? Şeytan da onları uzaq/geri dönülməz bir azğınlıqla azdırmaq istəyir.