Əlixan Musayev:
Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, (orada) istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu (cəza) ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və (bəzi) peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu (həm də) onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.
Bünyadov-Məmmədəliyev:
Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında : ) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.
Elmir Quliyev
:
Вот вы сказали: "О Муса (Моисей)! Мы не сможем вынести однообразную пищу. Помолись за нас своему Господу, чтобы Он взрастил для нас из того, что произрастает на земле, овощи, огурцы, чеснок, чечевицу и лук". Он сказал: "Неужели вы просите заменить лучшее тем, что хуже? Спуститесь в любой город, и там вы получите все, о чем попросили". Их постигли унижение и бедность. Они навлекли на себя гнев Аллаха тем, что отвергали знамения Аллаха и несправедливо убивали пророков. Это произошло потому, что они были ослушниками и преступали границы дозволенного.
Ələddin Sultanov:
Bir zaman siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən - tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” - demişdiniz. Musa demişdi: “Xeyirli olanı daha az dəyəri olanlamı dəyişdirmək istəyirsiniz? Elə isə şəhərə gedin! Çünki sizin istədikləriniz orada vardır”. Beləcə, onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə gəldilər. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edir, peyğəmbərləri haqsız yerə öldürür və (Allaha) asi olub həddi aşırdılar.
Kerbelayi Malik ağa:
‘Ey Musa! Biz eyni cür yeməklərə əsla səbir edə bilmərik. Artıq bizim üçün Rəbbinə dua et. Bizə yer üzünün yetişdirdiyi şeylərdən tərəvəzindən, balqabağından, sarımsağından, mərciməyindən və soğanından çıxarsın.’ demişdiniz. (Musa ə.s): ‘Xeyirli olanı daha dəyərsiz olanlamı dəyişdirmək istəyirsiniz? (Elə isə) Misirə enin, sizin istədiyiniz şeylər şübhəsiz ki, orada var.’ demişdi. (Sonra da) onların üzərinə zillət (səfalət) və kasıblıq (damğası) vuruldu. Onlar Allahdan bir qəzəbə uğradılar. Bu, Allahın ayələrini inkar etmələri və peyğəmbərləri haqsız yerə öldürmələrinə görədir. Bu (cəza), üsyankar olub (üsyan edib), həddi aşmış olmaları səbəbiylədir.
Ələsgər Musayev:
Və onda dediniz: «Ay
Musa! Səbr etmərik üzərində vahid təamın. Dua et bizim üçün
Rəbbinə, xaric etsin bizim üçün nədən ki, bitirir ərz
tərəvəzlərindən – xiyar və sarımsaq və mərcimək və soğan!»
Dedi: «Ə, istəyirsiniz dəyişdirmək onu ki, o əskikdir, onunla
ki, o xeyirlidir? Düşün Misirə və həqiqətən, sizin üçün nə ki,
sual edirsiniz var!» Və zərbələndi üzərinə onların zillət və
miskinlik və bais oldular qəzəb ilə Allahdan Bu, onlara ayətləri
ilə Allahın kafir olduqlarına və nəbiləri qeyri haqq qətl
etdiklərinə görə idi. Bu, nə ilə ki, asi idilər və oldular həddi
aşanlar.
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın.» Musa dedi: «Siz daha yaxşının yerinə alçaq şey istəyirsiniz? (İndi ki, belədir) bir şəhərə (şəhərlərdən birinə) gedin ki, istədiyiniz şeylər sizin üçün hazırdır». Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər. Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar.
Kövsər Tağıyev:
Bir vaxt: “Ey Musa! Biz bir növ yeməyə əsla dözə bilmərik. O halda bizim üçün Rəbbinə yalvar, O, bizə yerdən bitən tərəvəz, qabaq, sarımsaq, mərcimək və soğan versin”, – demişdiniz. O da sizə: “Xeyirli olanı daha aşağı olanla dəyişdirmək istəyirsiniz? Elə isə enin şəhərə! İstədikləriniz orada var”, – demişdi. Beləliklə, zillət və yoxsulluq onları bürüdü. Onlar Allahın qəzəbinə düçar oldular. Bunun səbəbi o idi ki, onlar Allahın ayələrini inkar edər, peyğəmbərləri də haqsız yerə öldürərdilər. Bütün bunların səbəbi isə üsyan etmələri və həddi aşmaları idi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman siz dediniz: "Ey Musa, biz eyni cür şeyi yeməyə dözmərik. Bizim üçün Allaha üz tut ki, yerin bitirdiklərindən – tərəvəzindən, xiyardan, sarımsaqdan, mərcisindən və soğanından yetirsin." Musa dedi: "Siz yaxşını pislə dəyişməkmi istəyirsiniz ? Onda şəhərə enin, (orada) sizin üçün istədiyiniz şeylər vardır." Onlar isə Allahın ayələrinə inanmadıqlarına, haqsız olaraq peyğəmbərləri öldürdüklərinə görə, itaət etmədiklərinə və azğınlığa qurşandıqlarına görə üstlərinə zillət və miskinlik çökdürüldü və onlar Allahın qəzəbinə düçar oldular.
Sabirə Dünyamalıyeva:
Və bir zamanlar siz: "Ey Musa! Biz, eyni yeməyə əsla dözə bilmərik, artıq bizim üçün Rəbbinə dua et ki, bizə yerin yetişdirdiyi şeylərdən; tərəvəzindən, qabağından, sarımsağından, mərciməyindən və soğanından çıxarsın" dediniz. Musa da sizə, "O üstün olanı daha aşağı olanla dəyişdirmək istəyirsiniz? Bir qəsəbəyə/Misirə enin, o vaxt istədiyiniz şeylər sizin olacaq" demişdi. Və onların üstünə alçaqlıq və miskinlik damğası vuruldu və axırda Allahın qəzəbinə düçar oldular. Bu, küfr işlədiklərinə; Allahın ayələrini bilə-bilə rədd etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu, asi olduqlarına və hədlərini aşdıqlarına görə idi.