Nur Surəsi 61. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kora günah gəlməz, çolağa günah gəlməz, bir xəstəyə günah gəlməz. Sizin özünüzə öz evlərinizdə, yaxud ata­­larınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, ya­­xud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz.
Bünyadov-Məmmədəliyev:
Kora, çolağa, xəstəyə (başqaları ilə bir yerdə oturub yemək yeməkdə) günah yoxdur. Sizin özünüzə öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan (səlahiyyətiniz çatan) evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi, qohum-əqrəbanızı, dostlarınızı dindaşlarınızı) Allah dərgahından bərəkət xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!
Elmir Quliyev :
Не будет грехом для слепого, не будет грехом для хромого, не будет грехом для больного и для вас самих, если вы будете есть в ваших домах, или в домах ваших отцов, или в домах ваших матерей, или в домах ваших братьев, или в домах ваших сестер, или в домах ваших дядей по отцу, или в домах ваших теток по отцу, или в домах ваших дядей по матери, или в домах ваших теток по матери, или в тех домах, ключи которых в вашем распоряжении, или в доме вашего друга. Не будет грехом для вас, если вы будете есть вместе или в отдельности. Когда вы входите в дома, то приветствуйте себя (друг друга) приветствием от Аллаха, благословенным, благим. Так Аллах разъясняет вас знамения, быть может, вы уразумеете.
Ələddin Sultanov:
Kora, çolağa, xəstəyə sizə öz evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları sizdə olan evdə, yaxud dostunuzun evində yemək yeməyiniz günah deyildir. Bir yerdə, yaxud ayrı-ayrı yeməyiniz günah deyildir. Evlərə daxil olduğunuz zaman Allahdan xeyir-bərəkət diləyərək bir-birinizi salamlayın! Allah ayələri sizə belə açıqlayır ki, bəlkə, düşünüb anlayasınız.
Kerbelayi Malik ağa:
Kor, topal, xəstə olana bir günah yoxdur. Sizə evlərinizdə ya atalarınızın evlərində ya analarınızın evlərində ya qardaşlarınızın evlərində ya bacılarınızın evlərində ya əmilərinizin evlərində ya bibilərinizin evlərində ya dayılarınızın evlərində ya xalalarınızın evlərində ya açarlarına sahib olduğunuz evlərdə ya dostlarınızın evlərində yemək yemənizdə bir günah yoxdur. Topluca ya ayrı-ayrı yeməyiniz sizə günah deyil. Evlərə girdiyiniz zaman bir-birinizə Allahın dərgahından mübarək çox gözəl bir salam ilə salamlaşın! Beləcə Allah sizə ayələrini açıqlayır. Ümid edilir ki, beləcə siz ağıl işlədərsiniz.
Ələsgər Musayev:
Yoxdur üzərində çətinlik korun yoxdur üzərində çətinlik şilin yoxdur üzərində çətinlik xəstələrin yoxdur sizin üzərinizdə ki, təam yeyəsiniz öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarına malik olduğunuz, yaxud dostlarınızın- günah deyil sizə ki, təam yeyəsiniz cəm halda, yaxud tək halda. Onda ki, evlərə daxil oldunuz, salamlayın öz nəfsinizin üzərinə Allah yanından mübarək, pak təhiyyət olaraq. Belə bəyan edir Allah sizin üçün ayətləri, ola ki, əql edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
(Xüsusi olaraq) kora, topala, xəstəyə, (ümumilikdə isə) sizin özünüzə (bu on bir evdə:) öz evlərinizdə (övladlarınızın yaxud həyat yoldaşlarınızın evlərində), atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları ixtiyarınızda olan evlərdə dostlarınızda (onların evlərində) yemək yeməkdə günah yoxdur. (Həmin evlərə) hamılıqla ya ayrı-ayrı (daxil olmaq, istirahət etmək, yemək digər şeylərdən) istifadə etməkdə sizə bir günah yoxdur. Evlərə daxil olan zaman özünüzə (qohum dindaşlarınıza) salam Allah tərəfindən olan bərəkətli pak bir salam verin. Allah, ayələri (hökmləri) sizin üçün bu cür açıqlayır ki, bəlkə düşünəsiniz.
Kövsər Tağıyev:
Kora çətinlik yoxdur, topala çətinlik yoxdur, xəstəyə çətinlik yoxdur. Öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əlinizdə olan evlərdə, yaxud da dostlarınızın evlərində yemək yemənizdə bir günah yoxdur. Bir yerdə ya ayrı-ayrı yemək yemənizdə bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman bir-birinizə Allah qatından mübarək xoş bir xeyir-dua olaraq salam verin. Düşünəsiniz deyə Allah ayələri sizə belə açıqlayır.
M.Qənioğlu və T.Bilaloğlu:
Kora, çolağa xəstəyə (başqaları ilə birlikdə çörək yeməkdə) günah olmaz. Sizin öz evlərinizdə, atalarınızın, analaranızın, qardaşlarınızın, bacılarınızın, əmilərinizin, bibilərinizin, dayılarınızın, xalalarınızın evlərində, açarları sizdə olan evlərdə ya dostunuzun evində çörək yeməyinizdə günah yoxdur. Evlərə daxil olduqda bir-birinizi Allah dərgahından olan, mübarək, xoş bir salamla salamlayın. Allah ayələri sizə belə bəyan edir ki, bəlkə ağla gələsiniz.
Sabirə Dünyamalıyeva:
Kora günah yoxdur; topala günah yoxdur; xəstəyə günah yoxdur; sizin üçün öz evlərinizdə ya atalarınızın evlərində ya analarınızın evlərində ya qardaşlarınızın evlərində ya bacılarınızın evlərində ya əmilərinizin evlərində ya bibilərinizin evlərində ya dayılarınızın evlərində ya xalalarınızın evlərində ya açarlarına malik olduğunuz yerlərdə yaxud dostunuzun evlərində yemək yeməkdən heç bir günah yoxdur. Hamılıqla ya ayrı-ayrılıqda yeməyinizdə heç bir günah yoxdur. Evlərə girdiyiniz zaman, Allah tərəfindən bərəkətli gözəl bir ömür diləyərək özünüz üçün əmin-amanlığı təmin edin. Allah, ağlınızı işlədəsiniz deyə istifadə ayələri sizə ayələrini beləcə izah edir.