Həcc Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür.
Bünyadov-Məmmədəliyev:
Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, böyükdür! (Allahın allahlığı öz-özlüyündə mövcud olduğu üçün O haqq, bütlərin tanrılığı öz-özlüyündə mövcud olmadığı üçün onlar batildir. Buna görə yalnız Allaha ibadət edilməlidir!)
Elmir Quliyev :
Это потому, что Аллах есть Истина, а то, чему они поклоняются помимо Него, есть ложь, а также потому, что Аллах Возвышенный, Большой.
Ələddin Sultanov:
Bu ona görədir ki, Allah haqdır. Ondan başqa dua etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür.
Kerbelayi Malik ağa:
Bu belədir, çünki O, ‘Haqq’dır. Şübhəsiz ki, Ondan (Allahdan) başqa dua etdiyiniz şeylər batildir. Şübhəsiz ki, Allah Alidir (uca), Kəbirdir (böyükdür).
Ələsgər Musayev:
Budur! Həqiqətən, Allah O Haqdır həqiqətən, ki, çağırırlar Allahdan başqa batildir. Həqiqətən, Allah Alidir, Kəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Buna (Allahın yaradılış şəriətdəki bu qüdrətinə) səbəb odur ki, yalnız Allah müstəqil mütləq haqqdır (müşriklərin) Onun yerinə çağırdıqları batildir. Allah uca böyükdür.
Kövsər Tağıyev:
Bu belədir. Çünki Allah haqqın məhz özüdür. Onu buraxıb tapındıqları şeylər isə batilin məhz özüdür. Şübhəsiz ki, Allah ucadır, böyükdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Belə! Çünki Allah haqdır. Ondan savayı ibadət edilənlər [bütlər] isə batildir. Allah ucadır, böyükdür.
Sabirə Dünyamalıyeva:
Bax bu, şübhəsiz ki, Allahın məhz haqq olması şərik qoşanların Allahın altındakılardan yalvardıqları şeylərin məhz batil olması şübhəsiz, Allahın ucalardan uca olması, ən böyük olması səbəbindəndir.