Əlixan Musayev:
Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə (Peyğəmbərlə) bir yerdə olduqda ondan izn almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, möminlər ancaq Allaha və Onu Peyğəmbərinə iman gətirən, ümumi bir iş (cihad, cümə xütbəsi, məsləhət-məşvərət) üçün Peyğəmbərlə bir yerdə olduqda ondan izin almamış bir yerə getməyən kimsələrdir. (Ya Rəsulum!) Səndən izin istəyənlər - məhz belələri Allaha və Onun Peyğəmbərinə inananlardır. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan özün istədiyinə (yanından getməyə) izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Верующими являются только те, которые уверовали в Аллаха и Его Посланника. Когда они находятся рядом с ним по общему делу, то не уходят, пока не попросят у него разрешения. Воистину, те, которые просят у тебя разрешения, действительно являются верующими в Аллаха и Его Посланника. Если они попросят у тебя разрешения по поводу некоторых из своих дел, то разрешай тому из них, кому пожелаешь, и проси Аллаха простить их. Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirmiş kimsələrdir. Onlar ümumi bir iş üçün onunla (Peyğəmbərlə) birlikdə ikən, ondan icazə almadan (başqa bir yerə) getməzlər. (Ey Peyğəmbər!) Həqiqətən, səndən icazə istəyənlər Allaha və Onun Peyğəmbərinə inanmış kimsələrdir. Əgər bəzi işləri üçün səndən icazə istəsələr, onlardan istədiyinə icazə ver və onlar üçün Allahdan məğfirət dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Ancaq Allaha və Onun Rəsuluna iman etmiş olan möminlər bir iş üçün onunla birlikdə toplandıqları zaman ondan icazə istəmədikcə getməzlər. Şübhəsiz ki, səndən icazə istəyənlər Allaha və Onun Rəsuluna iman edənlərdir. Elə isə onlar bəzi işləri üçün səndən icazə istədikləri zaman onlardan dilədiyin kimsəyə icazə ver. Onlar üçün Allahdan məğfirət dilə. Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
İnananlar yalnız o kəslərdir ki, inanırlar Allah ilə və
Onun rəsulu ilə. Onda ki, onunla birlikdə ümumi bir işdə
olurlar, getməzlər, ta ondan izn istəməsələr. Həqiqətən, o kəslər
ki, səndən izn istəyirlər, həmin onlar o kəslərdir ki, inanırlar
Allah ilə və Onun rəsulu ilə. Onda ki, səndən izn istəyirlər bəzi
şeylərində, izn ver onlardan kimə istəsən və bağışlanmaq istə
onlar üçün Allahdan. Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Həqiqi) möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş və (məsləhət, müharibə, cümə namazı və bayram tədbirləri kimi) mühüm ictimai işdə onunla birlikdə olanda icazə almayınca onun yanından getməyən kəslərdir. Allaha və Onun Peyğəmbərinə imanı olanlar səndən icazə istəyənlərdir. Buna görə də əgər bəzi işlərinə görə səndən icazə istəsələr, onlardan istədiyin kəsə icazə ver və Allahdan onlar üçün bağışlanmaq dilə. Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Möminlər ancaq Allaha və peyğəmbərinə inanan, onunla (peyğəmbərlə) birlikdə ümumi bir işlə məşğulkən ondan izin almadan çıxıb getməyən kimsələrdir. Səndən izin istəyənlər ki var, onlar Allaha və Rəsuluna iman edən kimsələrdir. O halda əgər bəzi işlərini görmək üçün səndən izin istəsələr, onlardan istədiyinə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Mömin o kəslərdir ki, onlar Allaha və Onun peyğəmbərinə iman gətiriblər. Onlar onunla birlikdə müştərək bir işdə olurkən ondan izn istəməsələr getməzlər. Səndən izn istəyənlər Allaha və Onun peyğəmbərinə inananlardır. Əgər onlar bəzi işlər üçün səndən izn istəsələr, onlardan istədiyin kəsə izn ver və Allahın onları bağışlamasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Möminlər ancaq Allaha və Elçisinə inanmış, Elçi ilə birlikdə ictimai bir işlə məşğul olarkən ondan izin almamış çıxıb getməyən kəslərdir. Şübhəsiz ki, səndən icazə istəyən kəslər [ki var]; bax onlar, Allaha və Elçisinə iman etmiş kəslərdir. Elə isə, bəzi işləri üçün səndən icazə istəsələr, onlardan özün istədiyinə icazə ver, onlar üçün Allahdan bağışlanmaq dilə. Şübhəsiz ki, Allah, çox bağışlayandır, çox rəhm edəndir.