Əlixan Musayev:
O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Əgər Allaha asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız.
Bünyadov-Məmmədəliyev:
(Saleh onlara) belə cavab verdi: “Ey camaatım! Bir deyin görək. Əgər mənim Rəbbimdən aşkar bir möcüzə olsa, O mənə Özündən bir mərhəmət (peyğəmbərlik) lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!
Elmir Quliyev
:
Он сказал: "О мой народ! А что, если я опираюсь на доказательство от моего Господа, и Он даровал мне милость от Себя? Кто тогда защитит меня от Аллаха, если я ослушаюсь Его? Вы же не можете приумножить для меня ничего, кроме убытка.
Ələddin Sultanov:
Saleh dedi: “Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslansam, O mənə Öz tərəfindən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və mən də Ona asi olsam, Allaha qarşı mənə kim yardım edə bilər?! Belə olan təqdirdə, siz mənə ziyandan başqa bir şey verməyəcəksiniz.
Kerbelayi Malik ağa:
Saleh (ə.s) belə dedi: ‘Ey qövmüm! Əgər mən Rəbbimdən bir dəlil üzərindəyəmsə və mənə Özündən bir rəhmət vermişsə, rəyiniz bu mu? Əgər mən Ona asi olsam Allaha qarşı kim mənə kömək edər? O təqdirdə mənim xeyirdən uzaqlaşmağımı artırmağınızdan başqa bir şey olmaz.’
Ələsgər Musayev:
Dedi: «Ay qoumum! Ə, görürsünüzmü, mənim
Rəbbimdən bəyanatım var və mənə Öz rəhmətindən əta edibdir.
Kim mənə Allahın qəzəbindən yardım edər, əgər mən Allaha
asi olam? Siz mənə xəsarətdən qeyri bir şey artırmazsınız.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Ey mənim qövmüm, mənə deyin görüm, əgər mən Rəbbimin tərəfindən aydın bir dəlilə əsaslansam və O, Öz tərəfindən mənə bir rəhmət (peyğəmbərlik məqamı) əta etmiş olsa, (ilahi tapşırıqların çatdırılmasında) Ona itaətsizlik etsəm məni Allah(ın qəzəbindən və əzabın)dan kim qurtarar?! Deməli, siz mənə ziyan vurmaqdan başqa bir şey artırmırsınız».
Kövsər Tağıyev:
Salih dedi ki: “Ey qövmüm! Deyin görüm, əgər mən Rəbbim tərəfindən açıq bir dəlilə əsaslanıramsa və mənə rəhmətini (peyğəmbərlik) vermişsə, Ona qarşı gəldiyim təqdirdə məni Allahdan kim qoruya bilər? Deməli, ziyana salmaqdan başqa mənə xeyriniz toxunmaz”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Ey camaatım, heç fikirləşirsinizmi ki, əgər mən öz Rəbbimdən olan aydın bir dəlilə istinad edirəmsə və Ondan mənə bir mərhəmət olaraq (peyğəmbərlik) gəlirsə, Allaha qulaq asmasam, kim məni Ondan qoruyar? Siz mənim üçün yalnız ziyanı artırırsınız.
Sabirə Dünyamalıyeva:
Saleh dedi ki: "Ey qövmüm! Əgər mən Rəbbimdən açıq-aşkar bir dəlil ilə gəlmişəmsə və O mənə Özündən bir rəhmət vermişsə... Bu halda Ona asi olsam, məni Allahdan kim qoruya bilər? O zaman siz də mənə zərər vurmaqdan başqa bir şey artırmırsınız.