Əlixan Musayev:
İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm). Allahdan qorxun və mənə itaət edin!
Bünyadov-Məmmədəliyev:
İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bəzi şeyləri (Tövratdakı bir sıra dini hökmləri) izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!
Elmir Quliyev
:
Когда Иса (Иисус) явился с ясными знамениями, он сказал: "Я пришел к вам с мудростью и для того, чтобы разъяснить вам часть того, относительно чего вы расходитесь во мнениях. Бойтесь же Аллаха и повинуйтесь мне!
Ələddin Sultanov:
İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman belə demişdi: “Mən sizə hikmət gətirmişəm və ixtilafa düşdüyünüz məsələlərin bir qismini açıqlamaq üçün gəlmişəm. Ona görə də Allahdan qorxun və mənə itaət edin!
Kerbelayi Malik ağa:
Hz. İsa möcüzələr ilə gəldiyi zaman: ‘ Mən sizə hikmət ilə və haqqında ixtilaf etdiyiniz şeyin bir qismini sizə açıqlamaq üçün gəldim. Elə isə Allaha qarşı təqva sahibi olun və mənə itaət edin!’ dedi.
Ələsgər Musayev:
Amma elə ki, gəldi Isa bəyanatlarla, dedi: «Əlbəttə, mən
gəldim sizə hikmətlə və bəyan etmək üçün sizə bəzisini–odur
ki, ixtilafdasınız onda. Allahdan qorxun və itaət edin mənə.
A.Mehdiyev və D.Cəfərli:
İsa (özünün peyğəmbərlik möcüzələrindən) aydın dəlillər gətirən zaman dedi: «Mən sizin üçün hikmət (şəriət hökmləri və əqli elmlər) gətirdim (və gəldim) ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım. Odur ki, Allah dan qorxun və mənə itaət edin.
Kövsər Tağıyev:
İsa açıq-aşkar möcüzələri gətirdiyi zaman belə demişdi: “Mən sizə hikməti gətirdim və haqqında ixtilafa düşdüyünüz şeylərdən bir qismini sizə bəyan etmək üçün gəldim. Elə isə Allaha qarşı gəlməkdən çəkinin və mənə itaət edin”.
M.Qənioğlu və T.Bilaloğlu:
İsa aydın dəlillər gətirincə dedi: “Mən sizə hikmət gətirmişəm və ixtilafda olduğunuz bəzi məsələləri sizə aydın edərəm. Allahdan qorxun və mənə itaət edin!
Sabirə Dünyamalıyeva:
İsa açıq-aşkar dəlillərlə gəldiyi zaman dedi ki: "Mən sizə haqsızlığın və fitnə-fəsadın qarşısını almaq üçün qoyulmuş qanun, düstur və qaydaları gətirdim və barəsində ixtilafa düşdüyünüz şeylərdən bəzilərini sizə izah etmək üçün gəldim. O halda, Allahın mühafizəsi altına daxil olun və mənə itaət edin.