Tövbə Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər bilmirdilərmi ki, Allaha Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır.
Bünyadov-Məmmədəliyev:
Məgər bilmirlərmi ki, Allaha Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.
Elmir Quliyev :
Разве они не знали, что тому, кто проявляет враждебность к Аллаху и Его Посланнику, навеки уготован огонь Геенны? Это великое бесчестие.
Ələddin Sultanov:
Onlar bilmədilərmi ki, kim Allaha Peyğəmbərinə qarşı çıxarsa, həqiqətən, onun üçün əbədi qalacağı cəhənnəm odu vardır. Böyük rüsvayçılıq budur.
Kerbelayi Malik ağa:
Allah Onun Rəsuluna qarşı kim həddi aşarsa, artıq onun üçün mütləq orada əbədi qalacağı cəhənnəm atəşinin olduğunu bilmirlərmi? Bu, böyük rüsvayçılıqdır (rəzillikdir).
Ələsgər Musayev:
Ə, onlar bilmədilər ki, kim Allaha Onun rəsuluna qarşı həddini aşsa, həqiqətən, onun üçün cəhənnəm odu var - orada həmişəlik qalacaqdır? Bu, əzəmətli rüsvayçılıqdır!
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allahla Onun Peyğəmbəri ilə müxalifət düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı Cəhənnəm odu olmasını bilməyiblər? Budur həmin böyük rüsvayçılıq!
Kövsər Tağıyev:
Allah Rəsuluna qarşı gələn kimsəyə, içində əbədi qalacağı cəhənnəm atəşinin olduğunu bilmədilərmi? Bu isə böyük bir rüsvayçılıqdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar bilmirdilərmi ki, Allaha Onun peyğəmbərinə qarşı çıxan üçün içərisində əbədi qalacağı bir cəhənnəm odu vardır? Bu isə böyük biabırçılıqdır!
Sabirə Dünyamalıyeva:
Məgər bilmirlər ki, həqiqətən kim Allah Elçisiylə bəhsə girməyə çalışsa, şübhəsiz, onun üçün, içində əbədi qalacağı cəhənnəm atəşi var? Bax bu, ən böyük rüsvayçılıqdır.