Nəhl Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən (bu, )mömin camaat üçün doğru yol göstərən rəhbər mərhəmət olsun.
Bünyadov-Məmmədəliyev:
Biz Kitabı (Quranı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları (tövhid, qiyamət, qəza-qədər s. bu kimi) məsələləri izah etmək möminlərə bir hidayət mərhəmət olsun deyə nazil etdik!
Elmir Quliyev :
Мы ниспослали тебе Писание, дабы ты разъяснил им то, в чем они разошлись во мнениях, а также как руководство к прямому пути и милость для верующих людей.
Ələddin Sultanov:
Biz Kitabı (Quranı) sənə yalnız ixtilafda olduqları məsələləri onlara izah etməyin üçün möminlərə hidayət rəhmət olsun deyə nazil etdik.
Kerbelayi Malik ağa:
Kitabı sənə ‘haqqında ixtilafa düşdükləri şeyi’ onlara bəyan etməyin üçün, amənu olan bir qövmə hidayət rəhmət olsun deyə nazil etdik.
Ələsgər Musayev:
Biz sənin üzərinə nazil etdik kitabı ancaq bəyan edəsən onlar üçün onu ki, onda ixtilaf edirlər hidayətdir rəhmətdir inanan qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Biz bu kitabı sənə yalnız barəsində ixtilafda olduqları şeyi (müsəlmanların kafirlərlə kitab əhli ilə olan ixtilaflarını) onlara izah etməyin iman gətirən dəstəyə hidayət rəhmət olması üçün nazil etmişik.
Kövsər Tağıyev:
Biz kitabı sənə məhz ona görə endirdik ki, ixtilafda olduqları məsələləri onlara açıqlayasan (o Qur`an) iman edən bir toplum üçün hidayət rəhmət olsun.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Kitabı sənə ancaq ona görə nazil etdik ki, sən onunla onların ixtilafda olduqları şeyləri özlərinə aydınlaşdırasan o, iman gətirənlər üçün düz yol göstəricisi bir mərhəmət olsun.
Sabirə Dünyamalıyeva:
Biz, sənə Quranı, sırf haqqında ixtilafa düşdükləri şeyləri onlar üçün aşkara çıxarasan deyə iman edəcək bir qövmə bir bələdçi, bir mərhəmət olaraq nazil etdik.