Nisa Surəsi 66. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Biz onlara: “Özünüzü (aranızdakı günahkarları) öldürün yaxud yurdlarınızdan çıxın!”– (deyə) buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli daha mükəmməl olardı.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli daha düzgün olardı. (imanda sabitqədəmlik baxımından daha möhkəm bir addım olardı).
Elmir Quliyev :
Если бы Мы предписали им: "Убейте самих себя (пусть невинные убьют беззаконников) или покиньте свои дома", то лишь немногие из них совершили бы это. А если бы они совершили то, чем их увещевают, то так было бы лучше для них и сильнее укрепило бы их.
Ələddin Sultanov:
Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” deyə əmr etsəydik, onlardan az bir hissəsi istisna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olacaq imanlarını daha çox möhkəmləndirəcəkdi.
Kerbelayi Malik ağa:
Əgər onlara: ‘Nəfslərinizi (özünüzü) öldürün.’ ya ‘Yurdlarınızdan çıxın.’ deyə yazsaydıq (fərz qılsaydıq) şübhəsiz ki, onlardan çox azı istisna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər onlar özlərinə nəsihət ediləni yerinə yetirsəydilər, mütləq bu özləri üçün daha xeyirli səbat (imanda sabitqədəmlik) baxımından daha möhkəm (düzgün, doğru) olardı.
Ələsgər Musayev:
Əgər yazsaydıq üzərinə onların ki: «Qətl edin nəfsinizi, ya xaric olun diyarınızdan!» - fəaliyyət edərdi onu ancaq azı onlardan. Əgər ki, onlar fəaliyyət etsəydilər ki, nəsihətdir onun ilə, olardı xeyir onlar üçün şiddətli sabitlik.
A.Mehdiyev və D.Cəfərli:
Əgər Biz onlara «(cihad cəbhəsində hazır olmaqla) özünüzü öldürün ya öz vətən evlərinizdən çıxın» (deyə) qərar versəydik, (bunu) onların az bir qismi istisna olmaqla, yerinə yetirməzdilər. Əgər onlara verilən nəsihətlərə əməl etsəydilər, şübhəsiz bu, onlar üçün daha yaxşı imanın sabitliyi ruhun güclənməsi baxımından daha möhkəm olardı.
Kövsər Tağıyev:
Əgər biz onlara: “Həyatlarınızı fəda edin ya yurdlarınızdan çıxın”, deyə yazsaydıq, onlardan çox azı xaric, bunu etməzdilər. Əgər onlara verilən öyüdləri yerinə yetirsəydilər, əlbəttə, onlar üçün həm daha xeyirli olardı, həm (imanlarını) daha çox möhkəmləndirərdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz onlara: "Öz-özünüzü öldürün ya yurdlarınızdan çıxın!" - deyə əmr etsəydik, bunu onların ancaq az bir qismi edərdi. Əgər onlar verilən öyüdlərə əməl etsəydilər, bu, onlar üçün xeyirli daha möhkəm bir vasitə olardı.
Sabirə Dünyamalıyeva:
Əgər Biz, onlara: "Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!" deyə yazsaydıq, onlardan çox azı bunu yerinə yetirərdi. əgər onlar, verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, onlar üçün daha xeyirli sabitlik göstərmək baxımından da daha qüvvətli olardı.