Əlixan Musayev:
Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!
Bünyadov-Məmmədəliyev:
Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur!
Elmir Quliyev
:
Когда беда постигает вас в море, вас покидают все, к кому вы взывали, кроме Него. Когда же Он спасает вас и выводит на сушу, вы отворачиваетесь. Воистину, человек неблагодарен.
Ələddin Sultanov:
Dənizdə sizə bir çətinlik üz verdikdə Allahdan başqa dua etdikləriniz yox olub gedər. Ancaq O sizi xilas edib quruya çıxartdığı zaman siz (haqdan) üz döndərərsiniz. İnsan çox nankordur.
Kerbelayi Malik ağa:
Sizə dənizdə bir təhlükə üz verdiyi zaman Ondan başqa dua etdikləriniz uzaqlaşıb gedər. Lakin sizi quruya çıxardığı zaman isə üz döndərirsiniz. Həqiqətən insan çox nankordur.
Ələsgər Musayev:
Onda ki, sizə dəryada zərər toxunur, Ondan başqa
çağırdıqlarınız itib aradan yox olur. Amma elə ki, sizə nicat
verərək quruya tərəf, siz üz döndərirsiniz. Həqiqətən, insan
kafirdir!
A.Mehdiyev və D.Cəfərli:
Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur.
Kövsər Tağıyev:
Dənizdə başınıza bir müsibət gəldiyi zaman bütün tapındıqlarınız (sizi darda qoyub) qeyb olar, yalnız Allah qalar. Lakin sizi qurtarıb quruya çıxartdıqda üz döndərərsiniz. Əslində, insan çox nankordur.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər dənizdə sizə bir bəla toxunarsa, Allah istisna olmaqla bütün ibadət etdikləriniz [bütlər] yox olub gedərlər [köməyə gəlməzlər]. Sonra isə O, sizi xilas edib quruya çıxararsa, siz üz döndərərsiniz. Həqiqətən də insan naşükürdür.
Sabirə Dünyamalıyeva:
Və dənizdə sizə bir xətər toxunduğu zaman, yalvardığınız o kəslər yox olub gedər, O, yox olmaz. Sonra O, sizi quruya çıxararaq xilas etdikdən sonra, üz çevirərsiniz. Və insan, çox nankordur!