Yusif Surəsi 68. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allahın yanında onlar üçün heç bir faydası olmadı, lakin (bu) Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
Onlar ataları (Yəqubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri bilmədən oğurluqda ittiham olundular), ancaq Yəqubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini) yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!
Elmir Quliyev :
Они вошли так, как им велел отец. Он ничем не мог помочь им вопреки воле Аллаха, но таким было желание души Йакуба (Иакова), которое он удовлетворил. Воистину, он обладал знанием, поскольку Мы научили его, но большая часть людей не знает этого.
Ələddin Sultanov:
Onlar atalarının buyurduğu yerlərdən daxil olsalar da, bu, Allahdan gələni onlardan dəf edə bilmədi. Yaqub sadəcə olaraq ürəyindən keçəni söyləmiş oldu. Həqiqətən, o, öyrətdiklərimiz sayəsində elm sahibi biri idi. Lakin insanların əksəriyyəti (bunu) bilməz.
Kerbelayi Malik ağa:
Atalarının onlara əmr etdiyi yerdən daxil oldular. Lakin bu Allahdan gələn bir şeyi onlardan dəf edə bilmədi (onlara bir fayda vermədi). Ancaq bu Yaqub (ə.s) nəfsindəki bir diləyi yerinə yetirmiş oldu. Şübhəsiz ki, O, Biz öyrətdiyimiz üçün bir elmin sahibi idi. Lakin insanların çoxu bilməz.
Ələsgər Musayev:
Amma elə ki, atalarının əmr etdiyi yerdən daxil oldular, onları Allahdan bir şeylə ehtiyacsız etmədi, Ancaq o istək ki, Yəqubun nəfsində var idi, yerinə yetdi. Həqiqətən, Biz onu öyrətdiyimiz üçün elm sahibi idi o lakin insanların əksəriyyəti bilməz!
A.Mehdiyev və D.Cəfərli:
elə ki, atalarının əmr etdiyi yerdən daxil oldular, (bu iş) Allah tərəfindən qərara alınmış heç bir şeyi onlardan dəf etmirdi, yalnız Yəqubun ürəyində olan bir istəyi (həsədin, bədnəzərin bədgümanın dəf olunmasını) həyata keçirdi. Əlbəttə, o (Yəqub, Allah tərəfindən verilmiş çoxlu) elm sahibi idi. Çünki onu Biz öyrətmişdik. Lakin (bütün dövrlərin) insanların(ın) çoxu (peyğəmbərlərin belə bir kamala malik olduqlarını) bilmirlər.
Kövsər Tağıyev:
Atalarının əmr etdiyi şəkildə (ayrı-ayrı qapılardan) girdikləri zaman (belə) bu, Allahdan gələcək heç bir şeyi onlardan uzaqlaşdıracaq deyildi. Sadəcə Yaqub içindəki bir diləyi ortaya qoymuş oldu. Şübhəsiz ki, o, biz ona öyrətdiyimiz üçün bilik sahibidir. Lakin insanların çoxu bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar atalarının buyurduğu yerlərdən (şəhərə) daxil olanda bu onları heç cür Allahdan xilas etmədi, yalnız Yaqubun ürəyində bir istək olaraq qaldı. Biz onu öyrətdiyimiz üçün o, bir elm sahibi idi, lakin adamların çoxu bilmir.
Sabirə Dünyamalıyeva:
zaman ki, şəhərə gəldilər, o zaman atalarının onlara əmr etdiyi şəkildə girdilər. Bu, onlar haqqında Allahdan [gələn] heç bir şeyi dəf edə bilməzdi, bu yalnız Yəqubun öz içindən keçirdiyi bir istəyin reallaşması oldu. şübhəsiz ki, o, ona öyrətdiyimiz üçün məlumat sahibi idi. Lakin insanların çoxu bunu bilmir.