Əlixan Musayev:
Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. (Bu) onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!
Elmir Quliyev
:
Лицемерам, лицемеркам и неверующим Аллах обещал огонь Геенны, в котором они пребудут вечно. Довольно с них этого! Аллах проклял их, и им уготованы вечные мучения.
Ələddin Sultanov:
Allah münafiq kişilərə də, münafiq qadınlara da, kafirlərə də əbədi qalacaqları cəhənnəm odunu vəd etmişdir. O, onlara yetər. Allah onlara lənət etmişdir. Onlar üçün davamlı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə orada əbədi qalacaqları cəhənnəm atəşini vəd etdi. O (cəhənnəm) onlara kifayət edər. Allah onlara lənət etdi. Onlar üçün daimi bir əzab vardır.
Ələsgər Musayev:
Allah münafiq və münafiqələrə və
kafirlərə cəhənnəm odunu vəd verib ki, onda həmişəlik
qalacaqlar. O hesabıdır onların. Lənət edib onları Allah və
onlar üçün kəsilməyən əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.
Kövsər Tağıyev:
Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm atəşini vəd etdi. O, onlara yetər. Allah onlara lənət etmişdir. Onlar üçün davamlı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah münafiq kişi və qadınlara, kafirlərə içərisində əbədi qalacaqları cəhənnəm odunu vəd etmişdir. Bu, onlara bəsdir! Allah onları lənətləmişdir. Onlar üçün daimi bir əzab vardır,
Sabirə Dünyamalıyeva:
Allah, münafiq kişilərə, münafiq qadınlara və kafirlərə [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə/buna inanmayanlara], içində həmişləlik qalacaqları cəhənnəm atəşini vəd etmişdir. O, onlara yetər. Və Allah, onları uzaqlaşdırıb rəhmətindən məhrum etmişdir! Və onlar üçün daimi bir əzab var.