Əlixan Musayev:
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır.
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar: “Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” – deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!
Elmir Quliyev
:
Неверующие говорят: "Почему ему не ниспослано знамение от его Господа?" Воистину, ты — всего лишь предостерегающий увещеватель, и у каждого народа есть наставник.
Ələddin Sultanov:
Kafirlər: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” - deyirlər. Sən yalnız xəbərdar edənsən. Hər qövmün doğru yolu göstərən bir rəhbəri vardır.
Kerbelayi Malik ağa:
Kafirlər deyərlər ki: ‘Ona Rəbbi tərəfindən bir möcüzə endirilməli deyilmi?’ Sən yalnız bir xəbərdarlıq edənsən və bütün qövmlər üçün hidayətçi vardır (zamanın hər parçasında və bütün qövmlərdə).
Ələsgər Musayev:
O kəslər ki, kafirdirlər, dedilər: «Məgər ona endirilməli deyilmi Rəbbi tərəfindən ayət?» Həqiqətən, sən nəzərə çatdıransan və külli ümmət üçün hidayət edən var.
A.Mehdiyev və D.Cəfərli:
Və küfr edənlər «nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!» deyirlər. Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır.
Kövsər Tağıyev:
İnkar edənlər: “Ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” – deyirlər. Sən ancaq bir xəbərdar edənsən. Hər qövm üçün də bir yol göstərən var.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər (peyğəmbər haqqında) deyirlər: “Ona öz Rəbbindən bir möcüzə nazil ediləydi!" Sən isə ancaq xəbərdarlıq edən, öyüd-nəsihət verənsən. Hər xalqın bir yol göstərəni vardır.
Sabirə Dünyamalıyeva:
Və küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən/inanmayan] kəslər: "Rəbbindən ona bir işarət/nişanə endirilməli deyildimi?" deyirlər. Sən ancaq xəbərdar edənsən. Və hər qövm üçün bir yol göstərən var.