Nur Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”(–) (deməsidir).
Bünyadov-Məmmədəliyev:
Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” (deməlidir).
Elmir Quliyev :
и пятое о том, что проклятие Аллаха ляжет на него, если он лжет.
Ələddin Sultanov:
Beşinci dəfə isə (şahidlik edəcək ki,) əgər o yalan söyləyənlərdəndirsə, Allahın lənəti onun öz üzərinə olsun.
Kerbelayi Malik ağa:
(Andın) beşincisi əgər yalan danışanlardan isə, Allahın lənətinin öz üzərinə olmasıdır.
Ələsgər Musayev:
beşinci dəfə: «Allahın lənəti olsun onun üzərində, əgər yalançıdırsa!»
A.Mehdiyev və D.Cəfərli:
Beşinci şəhadət(də belə deməlidir): Əgər yalançılardan olsa Allah ona lənət etsin! (Bu şəhadətdən sonra kişi üçün şahidsiz irəli sürdüyü ittihama görə şəriətdə nəzərdə tutulmuş cəza hökmü götürülür qadın məhkum olunur.)
Kövsər Tağıyev:
beşinci dəfə isə əgər yalan söyləyənlərdəndirsə, Allahın lənətinin öz üzərinə olmasını ifadə etməsi ilə olur.
M.Qənioğlu və T.Bilaloğlu:
beşinci dəfə isə, əgər yalan deyirsə, Allahın ona lənət etməsi barəsindəki şəhadətidir. [“Yalan deyirəmsə, Allahın lənətinə gəlim” - deməsidir].
Sabirə Dünyamalıyeva:
beşinci dəfə isə, əgər yalan deyirsə Allahın lənətinin [Allah tərəfindən uzaqlaşdırılıb gözdən salınmağın] öz üstünə olmasına Allahı şahid tutmaq ["Yalan deyirəmsə, Allah mənə lənət etsin" demək] şəklində olmalıdır.