Əlixan Musayev:
Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et!
Bünyadov-Məmmədəliyev:
Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!
Elmir Quliyev
:
Те, которые несут Трон, и те, которые вокруг него, прославляют хвалой своего Господа, веруют в Него и просят прощения для верующих: "Господь наш! Ты объял всякую вещь милостью и знанием. Прости же тех, которые раскаялись и последовали Твоим путем, и защити их от мучений в Аду.
Ələddin Sultanov:
Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru!
Kerbelayi Malik ağa:
Ərşi tutan mələklər və onun ətrafındakı kimsə (dövrün imamı), Rəblərini həmd ilə təsbeh edərlər və Ona iman edərlər. Amənu olanlar üçün (Allahdan) məğfirət diləyərlər: ‘Rəbbimiz, Sən hər şeyi rəhmətinlə və elminlə əhatə etdin. Beləcə (mürşidin qarşısında) tövbə edənləri və Sənin yoluna (Sirati Müstəqimə) tabe olanları məğfirət et (günahlarını savaba çevir). Onları cəhənnəm əzabından qoru!’
Ələsgər Musayev:
O kəslər ki, ərşi daşıyırlar və kim
dövrəsindədir onun, saya salırlar həmd ilə Rəblərini və inanırlar
Onunla və bağışlanmaq istəyirlər o kəslər üçün ki, inanırlar:
«Rəbbimiz! Sənin rəhmətin və elmin külli şeyi əhatə edib!
Bağışla o kəsləri ki, qayıdıblar və tabedirlər Sənin yoluna və
qoru onları cəhənnəm əzabından!»
A.Mehdiyev və D.Cəfərli:
(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!»
Kövsər Tağıyev:
Ərşi daşıyanlar və onun ətrafında duranlar (mələklər) Rəblərini həmd edərək təsbih edərlər, Ona inanarlar və inananlar üçün (belə deyərək) əfv diləyərlər: “Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. O halda tövbə edən və sənin yoluna uyanları bağışla və onları cəhənnəm əzabından qoru”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ərşi daşıyan və onun ətrafında olanlar [mələklər] Rəbbinə təriflər deyir, Ona iman gətirir və iman gətirənlərin bağışlanmasını diləyərək (belə deyirlər): "Rəbbimiz, Sən Öz mərhəmət və biliyinlə hər şeyi əhatə edirsən! Tövbə edib Sənin yolunla gedənləri bağışla və onları cəhənnəm əzabından qoru
Sabirə Dünyamalıyeva:
Ən böyük taxtı daşıyan, bir də ən böyük taxtın xarici kənarında olan kəslər,[#256] Rəbbinin tərifiylə birlikdə Onu nöqsan sifətlərdən pak tutar və Ona inanarlar. İman etmiş kəslər üçün əfv diləyərlər: "Rəbbimiz! Sən mərhəmət və elm baxımından hər şeyi əhatə etdin. Onun üçün tövbə edən və Sənin yoluna uyan kəsləri bağışla və onları cəhənnəm əzabından qoru!