Əhzab Surəsi 71. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, əməllərinizi islah etsin günahlarınızı bağışlasın. Kim Allaha Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.
Bünyadov-Məmmədəliyev:
(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər günahlarınızı bağışlayar. Hər kəs Allaha Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.
Elmir Quliyev :
Тогда Он исправит для вас ваши дела и простит вам ваши грехи. А кто повинуется Аллаху и Его Посланнику, тот уже достиг великого успеха.
Ələddin Sultanov:
(Əgər belə etsəniz,) Allah sizin işlərinizi düzəldər günahlarınızı bağışlayar. Kim Allaha Onun peyğəmbərinə itaət edərsə, böyük bir uğura nail olar.
Kerbelayi Malik ağa:
(Beləcə) sizin üçün əməllərinizi islah etsin. Günahlarınızı məğfirət etsin. Kim Allaha Onun Rəsuluna itaət etsə, o təqdirdə fevzül əzim ilə qurtulmuş olar.
Ələsgər Musayev:
O islah edər sizin əməllərinizi bağışlar sizin üçün günahlarınızı. Kim itaət edərsə Allaha Onun rəsuluna, fəqət o, əzəmətli səadətə çatmış olar.
A.Mehdiyev və D.Cəfərli:
(Əgər belə etsəniz) Allah sizin əməllərinizi islah edər günahlarınızı bağışlayar. Hər kəs Allaha Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olar.
Kövsər Tağıyev:
Allah sizin işlərinizi düzəltsin günahlarınızı bağışlasın. Kim Allaha Rəsuluna itaət edərsə mütləq böyük bir uğura nail olar.
M.Qənioğlu və T.Bilaloğlu:
O, sizin əməllərinizi islah etsin günahlarınızı sizə bağışlasın. Kim Allaha Onun peyğəmbərinə itaət edərsə, böyük bir uğur qazanar.
Sabirə Dünyamalıyeva:
[Belə edin] ki, Allah işlərinizi lehinizə düzəltsin, günahlarınızı da bağışlasın. Hər kim Allaha Elçisinə itaət edərsə, o, həqiqətən çox böyük bir zəfər ilə xilas olar.