Maidə Surəsi 72. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
“Şübhəsiz ki, Allah Mər-yəm oğlu Məsihdir”– deyənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki: “Allah Məryəm oğlu Məsihdir!” deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”
Elmir Quliyev :
Не уверовали те, которые говорят: "Аллах это Мессия, сын Марьям (Марии)". Мессия сказал: сыны Исраила (Израиля)! Поклоняйтесь Аллаху, Господу моему и Господу вашему". Воистину, кто приобщает к Аллаху сотоварищей, тому Он запретил Рай. Его пристанищем будет Геенна, и у беззаконников не будет помощников.
Ələddin Sultanov:
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər şübhəsiz ki, kafir olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.
Kerbelayi Malik ağa:
And olsun ki: ‘Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir.’ deyənlər kafir olmuşlar. Halbuki Məsih (Hz. İsa onlara) belə demişdi; ‘Ey İsrail oğulları! Mənim Rəbbim sizin Rəbbiniz olan Allaha qul olun. Şübhəsiz ki, kim Allaha şirk (şərik, ortaq) qoşarsa, o təqdirdə Allah ona cənnəti haram etmişdir onun gedəcəyi yer atəşdir. Zalımlar üçün bir yardımçı yoxdur.’
Ələsgər Musayev:
Əlbəttə, kafir oldular o kəslər ki, dedilər: «Həqiqətən, Allah –Məsih Məryəm oğludur». Məsih isə dedi: «Ay Israil oğulları! İbadət edin Allaha - Rəbbimə Rəbbinizə! Həqiqətən, kim Allah ilə şərik qoşarsa, fəqət Allah ona cənnəti haram etmişdir! Onun üçün sığınacaq oddur zalimlər üçün yardım edən yoxdur!»
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, «Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. Halbuki Məsihin özü «ey İsrail övladları, (həm) mənim Rəbbim (həm də) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik qoşana Cənnəti haram edər onun qalacağı yer oddur. Zalımlara əsla kömək edən yoxdur» demişdi.
Kövsər Tağıyev:
And olsun, “Allah Məryəm oğlu Məsihdir” deyənlər kafir oldu. Halbuki Məsih belə demişdi: “Ey İsrail oğulları! Yalnız mənim Rəbbim, sizin Rəbbiniz olan Allaha qulluq edin. Kim Allaha şərik qoşarsa, artıq Allah ona cənnəti haram etmişdir. Onun yeri cəhənnəm odudur. Zalımlar üçün heç bir yardımçı yoxdur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Məryəm oğlu Məsihdir. - deyənlər küfr etdilər. Məsih isə demişdi: "Ey İsrail övladları! Mənim sizin Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik çıxararsa, Allah ona cənnəti haram edər, onun yeri cəhənnəm odudur. Zalımlara heç bir kömək edən olmaz."
Sabirə Dünyamalıyeva:
And olsun ki, "Allah, Məryəm oğlu Məsih özüdür" deyən kəslər şübhəsiz kafir [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən] olmuşdur. Halbuki Məsih demişdi: "Ey İsrail oğulları! Mənim Rəbbim sizin Rəbbiniz olan Allaha bəndəlik edin. Şübhəsiz ki, Allaha kim şərik qoşsa, həqiqətən Allah ona cənnəti haram edər, onun məskəni da Atəşdir. şirk qoşaraq, küfr edərək səhv; öz zərərinə olan əməli işləyənlər üçün heç bir köməkçi yoxdur."