Tövbə Surəsi 74. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allaha and içirlər ki, (nala-yiq sözlər) deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allahın Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların bir dostu, bir köməkçisi vardır.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların bir dostu, bir imdada yetəni var!
Elmir Quliyev :
Они клянутся Аллахом, что ничего не говорили, а ведь они произнесли слово неверия и стали неверующими после того, как обратились в ислам. Они задумали совершить то, что им не удалось совершить. Они мстят только за то, что Аллах и Его Посланник обогатили их из Его щедрот. Если они раскаются, то так будет лучше для них. А если они отвернутся, то Аллах подвергнет их мучительным страданиям в этом мире и в Последней жизни. Нет у них на земле ни покровителя, ни помощника.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş müsəlman olduqdan sonra kafir olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (Peyğəmbərə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah Peyğəmbəri Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah onlara dünyada da, axirətdə acı bir əzab verəcəkdir. Yer üzündə onların bir dostu, bir köməkçisi var. (Mədinəlilərin bir qismi kasıb idi. Həzrət Peyğəmbərin hicrətindən sonra onlar varlandılar. Sonra isə onların arasındakı münafiqlər nankorluq edib Həzrət Peyğəmbərə pislik etməyə çalışdılar.)
Kerbelayi Malik ağa:
And olsun ki, ‘küfr’ sözünü söylədikləri halda, Allaha söyləmədiklərinə yəmin edərlər. İslamı qəbul etdikdən sonra inkar etdilər. Nail ola bilməyəcəkləri intiqam almaq istədikləri şey yalnız Allahın Rəsulunun onları, fəzlindən zənginləşdirmiş olması. Artıq tövbə etsələr onlar üçün xeyirli olar. Əgər dönsələr (imandan geri), Allah onları əlim əzabla dünyada axirətdə əzablandırar. Onların yer üzündə bir dostu köməkçisi yoxdur.
Ələsgər Musayev:
Allaha and içirlər ki, deməyiblər bir surətdə ki, onlar küfr kəlməsi deyiblər təslim olandan sonra kafir olublar. Bir görmək istədilər, ancaq nail olmadılar. Intiqam alırlar, ancaq ona görə ki, Allah Onun rəsulu Öz fəzlindən onları ehtiyacsız etdi. Əgər qayıtsalar, onlar üçün xeyirlidir əgər üz çevirsələr, Allah onlara dünya axirətdə ələmli əzab verər yoxdur onlar üçün ərzdə dost yardımçı!
A.Mehdiyev və D.Cəfərli:
Münafiqlər Allaha and içirlər ki, (Peyğəmbərin arxasınca pis söz) deməyiblər. Halbuki şübhəsiz, küfr sözü deyiblər İslamı qəbul etdikdən sonra (dönüb) kafir olublar (İslamı izhar etdikdən sonra küfrü izhar ediblər). onlar nail ola bilmədikləri təhlükəli bir qərar (Peyğəmbərə sui-qəsd, ya onu Mədinədən çıxarmaq qərarını) qəbul etdilər. Onlar (Allaha Peyğəmbərə) yalnız Allah Onun Peyğəmbərinin onları Öz lütf kərəmləri ilə ehtiyacsız etmələrini irad tutdular qəzəbləndilər (beləliklə, nemətə şükr etmək əvəzinə intiqam almaq istədilər). Odur ki, əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır əgər üz döndərsələr, Allah onlara dünya axirətdə ağrılı bir əzab verəcək yer üzündə onların bir başçı köməkçiləri olmayacaqdır.
Kövsər Tağıyev:
Bir şey söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki o küfr sözünü söylədilər (dildə) müsəlman olduqdan sonra inkar etdilər. Həmçinin müvəffəq ola bilmədikləri şeyə (peyğəmbəri öldürməyə) cəhd etdilər. Sırf Allah Rəsulu öz lütfü ilə onları varlandırdığı üçün intiqam almaq fikrinə düşdülər. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada axirətdə ağrılı-acılı bir əzaba düçar edəcək. Artıq onlar üçün yer üzündə bir dost, bir yardımçı var.
M.Qənioğlu və T.Bilaloğlu:
Küfr söz danışdıqları, islamı qəbul etdikdən sonra küfr etdikləri əldə edə bilmədiklərinə girişdikləri halda, Allaha and içirlər ki, belə sözlər deməyiblər. Onlar yalnız Allahın peyğəmbərinin Öz fəzilətindən onları [müsəlmanları] varlandırdığına görə intiqam alırlar. Əgər onlar tövbə etsələr, özləri üçün yaxşı olar. Əgər üz döndərsələr Allah onlara bu dünyada axirətdə üzücü əzab verər. Yer üzündə onların bir havadarı, kömək edəni olar.
Sabirə Dünyamalıyeva:
Onlar, Allaha and içirlər ki, deməyiblər. Halbuki onlar küfrü [Allahın məbud rəbb olduğunu bilə-bilə rədd etmək sözünü] həqiqətən söylədilər. İslamlaşdıqdan sonra da kafir [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] oldular. çata bilmədikləri, sahib ola bilmədikləri şeyləri çox istədilər. Onlar yalnız, Allahın Elçisinin möminləri Allahın nemətləri ilə varlandırmasından qəzəbləndilər. Artıq səhvlərindən dönsələr, özləri üçün xeyirli olar. Əgər boyun qaçırsalar, Allah onlara dünyada axirətdə çox ağrılı-acılı bir əzab verəcək. Yer üzündə onların bir himayəçisi, yol göstərən yaxını yaxşı bir köməkçisi yoxdur.