Əlixan Musayev:
Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir.
Bünyadov-Məmmədəliyev:
Allah belə bir məsəl çəkdi: “Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul özünə verdiyimiz gözəl ruzidən (Allah yolunda) gizli və aşkar sərf edən birisi ilə (azad bir insanla) eyni ola bilərmi?! Həmd (hər cür tərif və şükür) yalnız Allaha məxsusdur, lakin (müşriklərin) əksəriyyəti (bunu) bilməz!
Elmir Quliyev
:
Аллах привел притчу о рабе, который принадлежит другому и ни на что не способен, и человеке, которому Мы даровали прекрасный удел и который расходует его тайно и открыто. Равны ли они? Хвала Аллаху! Но большая часть людей не знает этого.
Ələddin Sultanov:
Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul və verdiyimiz gözəl ruzidən həm gizli, həm də aşkar infaq edən (azad) bir kimsəni misal gətirdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur. Lakin onların əksəriyyəti bunu bilməz.
Kerbelayi Malik ağa:
Allah belə bir misal verdi: Bir şeyə gücü çatmayan kölə olan bir qul ilə tərəfimizdən gözəl ruzi verdiyimiz beləcə ondan gizli və aşkar infaq edən kimsə eyni ola bilərmi? Həmd Allaha məxsusdur. Xeyr, onların çoxu bilməzlər.
Ələsgər Musayev:
Allah məsəl vurur bir
bəndəni ki, bir şey üzərində qüdrəti yoxdur və bir kəsi ki, Biz
ona gözəl ruzi vermişik və o, infaq edir ondan sirli və aşkar. Ə,
onlar bərabərdirmi? Həmd Allah üçündür. Bəli, onların
əksəriyyəti bilməz!
A.Mehdiyev və D.Cəfərli:
Allah (bir malı olmayan və nə özü və malı, nə də ağasının iş və malı barəsində) heç nəyə gücü (ixtiyarı) çatmayıb özü başqasının malı olan qul ilə gözəl (halal və çoxlu) ruzi verdiyimiz və ondan gizlində və aşkarda sərf edən azad şəxsi məsəl çəkib. Məgər bunlar bərabərdirlər? (Allah da öz şərikləri ilə bərabər deyil!) Bütün həmdlər Allaha məxsusdur (çünki, bütün kamilliklər Ona məxsusdur. Müşriklər bunları elm üzündən inkar etmirlər,) əksinə onların çoxu bilmir.
Kövsər Tağıyev:
Allah heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə verdiyimiz gözəl ruzidən gizli və aşkar olaraq Allah yolunda xərcləyən kimsəni misal gətirir. Bunlar heç eyni olarmı? Həmd Allaha məxsusdur, lakin onların çoxu bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah belə bir misal çəkdi; heç bir şeyə qadir olmayan qul ilə Bizim yaxşı ruzi verdiyimiz və bunu gizli və açıq xərcləyən kəs eyni olarmı? Bütün həmd Allaha məxsusdur. İnsanların çoxu isə bilmir.
Sabirə Dünyamalıyeva:
Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul ilə Bizim gözəl bir ruzi verdiyimiz və ondan gizli və açıq olaraq Allah yolunda xərcləyən/yaxınlarının ehtiyacını təmin edən bir kimsəni misal çəkdi: Bunlar bərabər olarmı? -Bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz.- Əksinə, insanların çoxu bilməz.