Hud Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Mələklər)(dedilər:) “Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir onlara qarşısıalınmaz bir əzab gələcəkdir”.
Bünyadov-Məmmədəliyev:
(Mələklər dedilər: ) “Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək, Rəbbinin əmri artıq gəlmişdir. Onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir.
Elmir Quliyev :
Ангелы сказали: Ибрахим (Авраам)! Оставь споры, ибо твой Господь уже отдал приказ, и их постигнут неотвратимые мучения".
Ələddin Sultanov:
(Mələklər dedilər:) “Ey İbrahim, bundan (mübahisə etməkdən) əl çək! Həqiqətən, artıq Rəbbinin əmri gəlmişdir. Şübhəsiz, onlara dəfedilməz bir əzab gəlir.
Kerbelayi Malik ağa:
Ey İbrahim, bundan əl çək! Çünki, sənin Rəbbinin əmri gəlmişdir. Şübhəsiz ki, onlara geri çevrilməz bir əzab gələcək (veriləcək).
Ələsgər Musayev:
Ay Ibrahim, bu sözlərdən üz döndər. Həqiqətən, gəlmişdir əmri Rəbbinin həqiqətən, onlara qarşısı alınmayan əzab gələcək!
A.Mehdiyev və D.Cəfərli:
«Ey İbrahim, bundan (bu vasitəçilikdən) əl çək ki, şübhəsiz artıq (mələklərə) Rəbbinin (onların əzabı barədəki) əmri yetişmişdir onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir».
Kövsər Tağıyev:
Elçilərimiz: “Ey İbrahim, bundan əl çək! Çünki Rəbbinin əmri qəti olaraq gəlmişdir. Şübhəsiz, onlara qarşısıalınmaz bir əzab gələcək”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Mələklər dedilər): "Ey İbrahim, bu (mübahisədən) əl çək! Artıq Rəbbinin əmri gəlmişdir onlara qarşısı alınmaz bir əzab gələcəkdir!"
Sabirə Dünyamalıyeva:
-"Ey İbrahim! Bundan əl çək. Həqiqətən, sənin Rəbbinin əmri qəti olaraq gəldi heç şübhəsiz onlara dəf edilməsi mümkün olmayan bir əzab gələcək."-