Yusif Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, qardaşının yükündən əvvəl onların yüklərini (axtarmağa) başladı, sonra da piyaləni qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir tədbir öyrətdik. Yoxsa padşahın qanunlarına görə, o, qardaşını tutub (öz yanında) saxlaya bilməzdi. Allahın istəyi isə istisnadır. Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən üstün bir bilən vardır.
Bünyadov-Məmmədəliyev:
(Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən vardır!
Elmir Quliyev :
Он начал с их мешков до того, как обыскал мешок своего брата, а затем вытащил чашу из мешка своего брата. Мы научили Йусуфа этой хитрости, ибо по законам царя он не мог задержать своего брата, если бы того не захотел Аллах. Мы возносим по степеням тех, кого пожелаем, и выше любого обладающего знанием есть более знающий.
Ələddin Sultanov:
Beləcə, (Yusif) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra onu (su qabını) qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir görməyi öyrətdik. (Yoxsa) Allahın diləməsi istisna olmaqla, kralın qanunlarına görə qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz dilədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.
Kerbelayi Malik ağa:
Beləcə (axtarışa) qardaşının yükündən əvvəl onların yüklərindən başladı. Sonra onu qardaşının yükündən çıxartdı. Yusif üçün belə bir tədbir hazırladıq. Allahın diləməsi istisna olmaqla, hökmdarın qanununa görə qardaşını saxlaya bilməzdi. Dilədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Bütün elm sahiblərindən üstün daha yaxşı bilən vardır.
Ələsgər Musayev:
O qardaşının yükündən qabaq onların yükünə baxdı. Sonra qardaşının yükündən onu çıxartdı. Biz belə bir fəndi Yusifə öyrətdik. O, məlikin dininə görə qardaşını saxlaya bilməzdi, əgər Allah belə istəməsəydi. Biz istədiyimiz kəsi dərəcələrlə ucaldarıq hər bilik sahibinin fövqündə alim var.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Yusuf axtarışa qardaşının qabından qabaq onların azuqə qablarından başladı, sonra piyaləni qardaşının qabından çıxartdı. Biz Yusuf üçün belə çarə qıldıq. Çünki şahın adət qanununa görə onun, öz qardaşını Allahın (qanunun dəyişdirilməsi ya yuxarıdakı yolun həyata keçirilməsi) istəyi istisna olmaqla tutub saxlaması düzgün deyildi. Biz istədiyimiz hər bir kəsi dərəcələrlə yüksəldirik. Hər bir elm sahibindən üstün daha bir bilikli vardır.
Kövsər Tağıyev:
Yusuf qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir tədbir öyrətdik. Yoxsa kralın qanunlarına görə qardaşını saxlaya bilməzdilər. Ancaq Allahın istəməsi istisnadır. Biz istədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Hər elm sahibinin fövqündə daha yaxşı bir bilən var.
M.Qənioğlu və T.Bilaloğlu:
O öz qardaşının yükündən əvvəl onların yükündən başladı, sonra isə onu qardaşının yükündən tapıb çıxartdı. Biz Yusufun xeyrinə belə bir oyun qurduq. Əgər Allah istəməsəydi, o öz qardaşını hakimin qanunu ilə (onlardan) ala bilməzdi. İstədiyimiz kəsi Biz dərəcə-dərəcə yüksəldirik; axı hər bilik sahibindən üstün bir bilən vardır!
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Yusif, qardaşının qabından əvvəl onların qablarını axtarmağa başladı. Sonra su qabını qardaşının qabının içindən çıxardı. Yusifə Biz bax belə bir oyun öyrətdik.Hökmdarın dininə/ölkənin qanunlarına görə, qardaşını tutub saxlaması mümkün deyildi. -Ancaq Allah [bunu] diləsə, o başqa. Biz istədiyimiz kəsləri dərəcələrlə ucaldarıq. hər elm sahibindən üstün, daha yaxşı bilən [biri] vardır.-