Nəhl Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah eləcə iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?
Bünyadov-Məmmədəliyev:
Allah iki nəfər (Özü ilə bütlər) barəsində yenə belə bir məsəl buyurdu: (bu iki nəfərin) biri dilsizdir (laldır), heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən (insanları ədalətli işlər görməyə sövq edən) bir kimsə kimi ola bilərmi?!
Elmir Quliyev :
Аллах также привел притчу о двух мужах, один из которых немой, ни на что не способен и обременяет своего господина. Куда бы его ни послали, он не приносит добра. Разве он равен тому, кто отдает справедливые приказы и следует прямым путем?
Ələddin Sultanov:
Allah iki nəfəri misal gətirdi; onlardan biri laldır, heç bir şey bacarmır ağası üçün bir yükdür. Ağası onu hara göndərsə, bir xeyir gətirməz. O doğru yolda olub ədaləti əmr edən kimsə eyni ola bilərmi?
Kerbelayi Malik ağa:
Allah iki kişini örnək verdi. İkisindən biri lal, bir şeyə gücü çatmaz. O, Mövlasına yükdür. Onu hara göndərsə, bir xeyir (fayda) gətirə bilməz. O, ədalətlə əmr edən Sirati Müstəqim üzərində olan kimsə ilə eyni ola bilərmi?
Ələsgər Musayev:
Allah məsəl vurur iki kişini. Onlardan biri laldır, bir şey üzərində qüdrəti yoxdur o, ağasına bir yükdür. Onu hara göndərsə, xeyirlə gəlməz. Məgər bərabərdirmi o kəslə ki, əmr edir ədalətlə o, düz yolun üzərindədir?
A.Mehdiyev və D.Cəfərli:
Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadan gəlmə laldır, (nə başa düşür, başa sala bilir) heç nəyə qadir deyil öz ağasının çiynində bir yükdür, hara göndərsə bir xeyir gətirməz. Məgər o, daim ədalətə əmr edən özü düz yolda olan (sağlam kamil) şəxslə birdir? (Allahın şərikləri Onunla müqayisə edilə bilməz.)
Kövsər Tağıyev:
Allah (bu) iki adamı da misal çəkdi: Onlardan biri dilsizdir, heç bir şeyə gücü çatmaz, ağasına sadəcə bir yükdür. Onu hara göndərsə, xeyir gətirməz. Bu (adam) heç ədalətlə əmr edən doğru yolda olan kimsə ilə eyni olarmı?
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iki adamı da misal çəkdi; onlardan biri laldır, heç nəyə qadir deyil onu saxlayan kəsə bir yükdür. O [himayəçisi], onu haraya göndərsə, bir xeyirlə qayıtmaz. Məgər o, düz yolda olub ədalətə dəvət edən kəslə eynidir?
Sabirə Dünyamalıyeva:
Allah iki adamı da misal çəkdi: Bunlardan biri dilsizdir, heç bir şeyə gücü çatmaz; himayəçisinə bir yükdür. Onu hara yollasa, bir xeyir gətirə bilməz. İndi, bu adamla, ədalətlə əmr verən doğru yolda olan adam bərabər ola bilərmi?