Əlixan Musayev:
Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.
Bünyadov-Məmmədəliyev:
Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın. . .”
Elmir Quliyev
:
Они продолжили путь, пока не пришли к жителям одного селения. Они попросили его жителей накормить их, но те отказались принять их гостями. Они увидели там стену, которая хотела обрушиться, и он выпрямил ее. Муса (Моисей) сказал: "При желании ты получил бы за это вознаграждение".
Ələddin Sultanov:
Onlar yenə yollarına davam etdilər. Nəhayət, bir qəsəbəyə gəlib çatdıqları zaman oranın əhalisindən yemək istədilər. Ancaq onlar o ikisini qonaq etməkdən imtina etdilər. Bu zaman o ikisi orada yıxılmaq üzrə olan bir divar gördülər. (Xızır) dərhal onu düzəltdi. (Musa:) “Əgər istəsəydin, əlbəttə, onun müqabilində bir muzd alardın”, - dedi.
Kerbelayi Malik ağa:
Beləcə ikisi yola çıxdılar. Bir qəsəbə əhlinin yanına gəldikləri zaman onun (şəhərin) əhlindən yemək istədilər. Lakin onları qonaq etmək istəmədilər. Orada yıxılmaq üzrə bir divar gördülər. (Xızır ə.s) dərhal onu düzəltdi. (Musa ə.s) dedi ki: ‘Əgər sən istəsəydin, əlbəttə bunun müqabilində zəhmət haqqı alardın.’
Ələsgər Musayev:
Və onlar getdilər.
Onda ki, yetişdilər bir kənd əhlinə, təam istədilər onlardan.
Oranın əhli onları qonaq saxlamaqdan imtina etdilər. Onlar
orada bir divar gördülər ki, az qalırdı yıxılsın. O, düzəldib onu
möhkəm etdi. Dedi: «Əgər istəsəydin, buna görə əcr alardın».
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, hər ikisi (yenə) yola düşdülər. Bir kəndin əhalisinə çatanda, oranın camaatından yemək istədilər. Onlar bu ikisini qonaq etməkdən imtina etdilər. (Xızırla Musa) orada uçmaq üzrə olan bir divar gördülər. (Xızır) onu(n təməlini təzələməklə, yaxud təmir etməklə, yaxud ona dirək vurmaqla) dikəltdi. Musa dedi: «Əgər istəsəydin, əlbəttə bu əmələ görə bir muzd alardın!»
Kövsər Tağıyev:
Yenə yola düşdülər. Nəhayət, bir şəhər əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq qəbul etmək istəmədi. Orada yıxılmaq üzrə olan bir divar gördülər. Adam o divarı düzəltdi. Musa: “İstəsəydin, bu işin müqabilində bir şey alardın”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar yenə də yola düzəldilər. Nəhayət bir kənd əhalisinin yanına gəlib camaatdan yemək istədilər. Onlar isə bunları qonaq etmək istəmədilər. Onlar orada uçmaqda olan bir divar gördülər və Xızır onu tikib düzəltdi. Musa dedi:" Əgər sən istəsəydin, bunun əvəzinə haqq alardın".
Sabirə Dünyamalıyeva:
Beləcə, yenə getdilər. Nəhayət bir kənd əhalisinə çatanda onlardan yeməyə bir şey istədilər. Onlar da bunları qonaq etmək istəmədilər. O vaxt orada uçmaq üzrə olan bir divar gördülər. Özünə elm və mərhəmət verilən bəndə onu dikəltdi. Musa: "Əgər istəsəydin, bunun qarşılığında həqiqətən bir muzd alardın" dedi.