Əlixan Musayev:
Onlar dişi dəvənin diz vətərini kəsdilər və (beləliklə) (də) Rəbbinin əmrindən çıxıb: “Ey Saleh! Əgər sən (göndərilən) elçilərdənsənsə, bizə vəd etdiyin əzabı gətir”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər.
Elmir Quliyev
:
Они подрезали верблюдице поджилки, превознеслись над повелением своего Господа и сказали: "О Салих! Ниспошли нам то, чем ты угрожаешь, если ты действительно являешься одним из посланников".
Ələddin Sultanov:
Beləcə, onlar dişi dəvəni kəsib Rəbbinin əmrindən çıxdılar və: “Ey Saleh! Əgər sən (həqiqətən) peyğəmbərlərdənsənsə, vəd etdiyini (əzabı) bizə gətir!” - dedilər.
Kerbelayi Malik ağa:
Sonra (dişi) dəvəni kəsdilər və Rəblərinin əmrinə üsyan etdilər (həddi aşdılar). Və belə dedilər: ‘Ey Saleh, əgər sən göndərilən rəsullardansansa, bizə vəd etdiyin (təhdid etdiyin) şeyi gətir.’
Ələsgər Musayev:
Dəvəni tutub kəsdilər və Rəblərinin əmrinə qarşı çıxıb, dedilər: «Ay Saleh! Əgər mürsəllərdənsən, verdiyin vədi gətir bizə!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, o dişi dəvənin ayaqlarını kəsdilər, Rəbblərinin əmrindən boyun qaçırdılar və dedilər: «Ey Saleh, əgər göndərilmiş (peyğəmbər)lərdənsənsə, bizə vəd etdiyini gətir».
Kövsər Tağıyev:
Nəhayət, dəvəni kəsdilər, Rəblərinin əmrinə qarşı çıxdılar və: “Ey Salih! Sən əgər (dediyin kimi) peyğəmbərlərdənsənsə, bizi təhdid etdiyin əzabı gətir”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar həmin dişi dəvəni kəsərək, özlərinin Rəbbinin əmrindən çıxdılar və dedilər “Ey Saleh, əgər sən göndərilən peyğəmbərlərdənsənsə, onda bizə vəd etdiyini [əzabı] gətir görək!"
Sabirə Dünyamalıyeva:
Və dərhal o sosial yardım və köməkləşmə qurumlarını yaşadan gəlir qaynaqlarını qurutdular və təkəbbür göstərərək Rəbblərinin buyruğundan kənara çıxdılar və "Ey Saleh! Əgər həqiqətən elçi kimi göndərilmisənsə, bizi qorxutduğun şeyi bizə gətir!" dedilər.