Hud Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?”
Bünyadov-Məmmədəliyev:
Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən mələkləri görməzdən) əvvəl pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar (balalarım ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?”
Elmir Quliyev :
К нему сбежались его соплеменники, которые уже давно совершали преступления. Он сказал: мой народ! Вот мои дочери. Они для вас чище. Побойтесь Аллаха и не позорьте меня перед моими гостями. Неужели среди вас нет благоразумного мужчины?"
Ələddin Sultanov:
Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl pis işlər görürdülər. Lut dedi: “Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?” (Bəzi təfsirçilərə görə, Həzrət Lutun qövmünə evlənmələri üçün təklif etdiyi qızlar öz qızları deyil, qövmünün qızları idi. Hər peyğəmbər öz qövmünün mənəvi atası sayıldığı üçün, o da: “Baxın, bunlar mənim qızlarımdır!” - demiş onlarla evlənmələrini tövsiyə etmişdir.)
Kerbelayi Malik ağa:
Onun qövmü qaçaraq onun yanına gəldi. Daha əvvəldən seyyiat (çirkin işlər) edirdilər. ‘Ey qövmüm, bunlar qızlarımdır! Onlar sizin üçün daha təmizdir. Artıq (Allahdan çəkinin), Allaha qarşı təqva sahibi olun qonaqlarımın yanında məni rəzil etməyin. Sizin aranızda irşad edən bir adam yoxdurmu?’ dedi.
Ələsgər Musayev:
Gəldi qoumu onun yanına tələsən halda ki, bundan qabaq pis əməl sahibi idilər. Dedi: «Ay qoumum! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün pakdır. Qorxun Allahdan məni qonaqlarım qarşısında rüsvay etməyin. Sizin aranızda düzgün bir kişi yoxdurmu?»
A.Mehdiyev və D.Cəfərli:
qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara təcavüz etsinlər) onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: «Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə Allahdan qorxun məni qonaqlarım barəsində xəcalətli rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar doğru yolu tapmış bir kişi yoxdur?!»
Kövsər Tağıyev:
Qövmü (pis niyyətlə) tələsik onun yanına gəldi. Onlar əvvəl bu cür çirkin işlər görürdülər. Lut dedi ki: “Ey qövmüm! Budur bunlar mənim qızlarımdır. Onlar(-la evlənməyiniz) sizin üçün daha təmizdir. Allaha qarşı gəlməkdən çəkinin qonaqlarımın yanında məni rüsvay etməyin. Aranızda heç ağlı başında bir adam yoxdurmu?”
M.Qənioğlu və T.Bilaloğlu:
Camaatı tələsik onun yanına gəldi. Əvvəllər onlar pis əməllər tutardılar. Lut dedi: “Ey camaatım! Budur mənim qızlarım, onlar sizin üçün çox təmizdirlər. Allahdan qorxun qonaqlarımın yanında məni biyabır etməyin. Məgər sizin aranızda ağlı başında olan bir adam yoxdur?"
Sabirə Dünyamalıyeva:
onun qövmü tələsik onun yanına gəldi. Onlar daha əvvəl çirkin işlər edirdilər. Lut dedi: "Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır.[#210] Onlar sizin üçün daha təmizdir. Gəlin Allahın mühafizəsi altına daxil olun, məni qonaqlarım barəsində rəzil-rüsvay etməyin. Aranızda heç ağlı başında bir adam yoxdurmu?"