Nisa Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara olub ki, az qala söz anlamırlar?
Bünyadov-Məmmədəliyev:
Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəsulum!) Onlara (yəhudilərə münafiqlərə) bir xeyir yetişdikdə: “Bu Allahdandır!” deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata olub ki, az qala söz anlamır!
Elmir Quliyev :
Смерть настигнет вас, где бы вы ни находились, даже если вы будете в возведенных башнях. Если с ними случается хорошее, они говорят: "Это от Аллаха". Если же с ними случается плохое, они говорят: "Это от тебя". Скажи: "Все от Аллаха". Что же произошло с этими людьми, что они едва понимают то, что им говорят?
Ələddin Sultanov:
Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır”. Əgər onlara bir yaxşılıq yetişərsə: “Bu, Allah tərəfindəndir!” - deyərlər. Əgər onlara bir pislik toxunarsa: “Bu sən­dəndir!” - deyərlər. De: “Hamısı Allahdandır”. Bu insanlara olub ki, az qala söz başa düşmürlər!
Kerbelayi Malik ağa:
Harada olursunuzsa olun, ölüm sizə gələr. Hətta möhkəm qalalarda olsanız belə. Əgər onlara bir yaxşılıq üz versə: ‘Bu Allahdandır.’ deyərlər. Əgər onlara bir pislik üz versə: ‘Bu səndəndir.’ deyərlər. De ki: ‘Hamısı Allahın dərgahındandır.’ Artıq bu camaata olub ki, az qala söz anlamırlar?
Ələsgər Musayev:
Harada olsanız ölüm sizi haqlayacaq əgər uca bürclü qalalarda olsanız belə. əgər onlara yaxşılıq nəsib olsa, deyərlər: «Bu, Allah yanındandır!» əgər onlara pislik nəsib olsa, deyərlər: «Bu, yanındandır sənin!» De: «Küllisi yanındandır Allahın!». olub bu qouma, anlamırlar heç cürə hədisi?
A.Mehdiyev və D.Cəfərli:
Harada olsanız, hətta ucaldılmış hasarlar qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq qənimət) yetişəndə «bu, Allah tərəfindəndir» deyərlər, bir pislik (yoxsulluq, xəstəlik məğlubiyyət) yetişəndə isə «bu, sənin tərəfindəndir (sənin nəhsliyinin ucbatındandır)» deyərlər. De: «Bunların hamısı Allah tərəfindəndir» (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə olub ki, sözü dərk etmək istəmirlər?
Kövsər Tağıyev:
Harada olursunuz olun, ölüm sizə yetişəcək, möhkəm qalalar içində olsanız belə. Onlara bir xeyir gəlsə: “Bu Allahdandır”, deyərlər. Başlarına bir müsibət gəldikdə isə: “Bu səndəndir”, deyərlər. (Ey Muhamməd!) De ki: “Hamısı Allahdandır”. Bu qövmə olub ki, az qala heç bir sözü anlamırlar!
M.Qənioğlu və T.Bilaloğlu:
Harada olursunuz olun, hətta yüksəldilmiş qalalarda olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlar özlərinə bir xeyir gəldikdə “Bu, Allahdandır." - deyirlər, pis bir şey üz verəndə isə: “Bu səndəndir." - deyirlər. De: "Hər şey Allahdandır." Axı bu camaata olub ki, heç söz anlamırlar?!
Sabirə Dünyamalıyeva:
Harada olsanız olun, ölüm sizə tapar, əhənglə/betonla son dərəcə möhkəm tikilmiş qalalar içində olsanız belə." onlara bir yaxşılıq üz verdikdə: "Bu, Allahdandır!" deyərlər, bir pislik üz verdikdə isə: "Bu, səndəndir!" deyərlər. De ki: "Hamısı Allahdandır." Buna baxmayaraq bu camaata olub ki, az qala heç söz anlamayacaqlar?