Maidə Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!
Elmir Quliyev :
О те, которые уверовали! Будьте стойки ради Аллаха, свидетельствуя беспристрастно, и пусть ненависть людей не подтолкнет вас к несправедливости. Будьте справедливы, ибо это ближе к богобоязненности. Бойтесь Аллаха, ведь Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Ey iman gətirənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Allah üçün haqqı bərqərar edin! Ədalətli şahidlər olun! Bir camaata qarşı duyduğunuz kin, sizi ədalətdən sapdırmasın. Ədalətli davranın! O təqvaya ən yaxın olandır. Allaha qarşı təqva sahibi olun. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdar olandır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Allah üçün sabit insaf ilə şahid olun. Bir qouma qarşı nifrət sizi ədalətli olmaqdan mane olmasın. Ədalətli olun! Bu təqvaya yaxındır. qorxun Allahdan! Həqiqətən, Allah Xəbirdir ilə ki, əməldəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (bütün fərdi ictimai işlərdə) həmişə Allaha görə möhkəm mətin dayanan ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allah üçün haqqı qətiyyətlə qoruyan, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allaha qarşı gəlməkdən çəkinin. Şübhəsiz, Allah əməllərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allah qarşısında dəyanət göstərərək ədalətli şahidlər olun. Hər hansı bir camaata olan güclü nifrətiniz sizi ədalətsizliyə sürükləməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allah üçün, haqqaniyeti bərqərar edən şahidlər olun. bir camaata qarşı kininiz, sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun, ədalətli olmaq, Allahın mühafizəsi altına daxil olmağa daha yaxındır. Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah əməllərinizdən xəbərdardır.