Əlixan Musayev:
Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”– deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları (münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır (“əssəlamu əleykə” əvəzinə “əsammu əleykə - sənə ölüm olsun!” – deyərək guya salam verir) və ürəklərində: “(Əgər Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir!
Elmir Quliyev
:
Разве ты не видел тех, кому были запрещены тайные беседы. Они возвращаются к тому, что было им запрещено, и тайно переговариваются о грехах, вражде и неповиновении Посланнику. Когда они приходят к тебе, то приветствуют тебя не так, как приветствует тебя Аллах , говоря в душе: "Почему бы Аллаху не наказать нас за то, что мы говорим?" Довольно с них Геенны! Туда они попадут, и как же скверно это место прибытия!
Ələddin Sultanov:
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və ürəklərində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!
Kerbelayi Malik ağa:
Gizli söhbət etməkdən qadağan olunanları görmədinmi? Sonra qadağan olunduqları şeyə dönərlər. Aralarında günah, düşmənlik və rəsula üsyan haqqında gizli-gizli danışırlar. Sənin yanına gəldikləri zaman Allahın salamlamadığı bir şəkildə səni salamladılar. Öz aralarında: ‘Elə isə (o həqiqətən peyğəmbər isə) Allah söylədiklərimizə görə bizə əzab etməli deyilmi?’ deyirlər. Onlara cəhənnəm kifayət edər. Oraya atılacaqlar. O dönüləcək yer nə pisdir.
Ələsgər Musayev:
Ə, görmədinmi o kəsləri ki, gizli danışmaq
qadağan olunmuşdu? Sonra qadağan olunan işlərə qayıdırlar və
gizlincə danışırlar günah və düşmənçilik və rəsula asi olmaq
barəsində. Onda ki, sənin yanına gəlirlər, səni alqışlayırlar nə
ilə ki, Allah səni onunla alqışlamır və öz nəfslərində deyirlər:
«Məgər əzab etməli deyilmi bizi Allah nə ilə ki, deyirik?»
Hesabdır onlara cəhənnəm, yanacaqlar onda. Və çox pis
qayıdışdır!
A.Mehdiyev və D.Cəfərli:
Məgər pıçıltı və gizli danışıq qadağan olunduqdan sonra yenidən qadağan olunmuş əmələ qayıdıb daim günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıltı ilə danışanı görmədinmi?! Onlar sənin yanına gəldikdə səni Allahın salamlamadığı bir tərzdə salamlayır və öz ürəklərində (ya öz aralarında) deyirlər: «(Əgər bu kişi Peyğəmbərdirsə), bəs niyə Allah (dünyada) bizə dediklərimizə görə əzab vermir?» Onlara daxil olacaqları və hərarətini dadacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis bir dönüş yeridir.
Kövsər Tağıyev:
Məgər gizlicə danışmaq qadağan edildikdən sonra qadağan olunduqları şeyi işləyən və günah, düşmənçilik və Peyğəmbərə üsyandan danışanları görmədinmi? Sənin yanına gəldikləri zaman Allahın səni salamladığı salamla salamlayırlar. Ürəklərində: “Söylədiklərimizdən ötrü Allah bizə əzab etsin görək!” – deyirlər. Cəhənnəm onlara yetər! Oraya girəcəklər. Ora nə pis mənzildir!
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən xəlvət söhbətlər aparmaq özlərinə qadağan edilmiş, sonra onlar özlərinə qadağan olunmuş şeylərə qayıdaraq, günah işlər, ədavət və peyğəmbərə itaət etməmək barəsində öz aralarında xəlvət söhbətlər aparanları görmədinmi? Sənin yanına gələndə isə onlar Allahın səni salamlamadığı (sözlərlə) salamlayar, öz-özlərinə isə deyərlər: ‘Dediklərimiz sözlərə görə Allah bizi bir cəzalandıraydı görək!" Cəhənnəm onlar üçün bəsdir, onlar oraya girəcəklər. Nə pis bir dönüş yeri!
Sabirə Dünyamalıyeva:
Pıçıldaşmaq qadağan edildikrən sonra yenə də qadağan olunan [əməli] işləməyə çalışanları, günah, düşmənçilik və Elçiyə itaətsizlik barədə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman səni Allahın salamladığı ilə salamlamırlar. Öz ürəklərində: "Dediklərimiz bu sözlərə görə Allah bizi əzaba düçar etməli deyildimi?" deyirlər. Cəhənnəm onlara kifayət edər. Oraya söykənəcəklər. Necə də pis qayıdış yeridir!