Ənam Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar: “Nə üçün ona mələk endirilməyib?”– dedilər. Əgər biz mələk endirsəydik, bitmiş olardı, onlara isə möhlət verilməzdi.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Məgər ona (Həzrəti–Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi.
Elmir Quliyev :
Они сказали: "Почему к нему не спускается ангел?" Если бы Мы ниспослали ангела, то решение уже было бы вынесено, после чего они не получили бы отсрочки.
Ələddin Sultanov:
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, bitmiş olardı. Sonra onlara möhlət verilməzdi. (Müşriklər Həzrət Peyğəmbərə (s.ə.s) iman gətirmək üçün gözləri ilə görə biləcəkləri bir mələyin göndərilməsini onun peyğəmbərliyini təsdiq etməsini istəyirdilər. Allah-Təala bu ayədə, onların mələyi görsələr yenə iman gətirməyəcəklərini bunun müqabilində tövbə etmələrinə möhlət verilməyib dərhal məhv ediləcəklərini xəbər vermişdir.)
Kerbelayi Malik ağa:
’Ona bir mələk endirilsə, olmazdımı?’ dedilər. Əgər bir mələk endirsəydik, mütləq olub bitirilərdi. Sonra onlara möhlət verilməzdi.
Ələsgər Musayev:
Dedilər: «Əgər ona mələk nazil olsaydı!» Əgər Biz mələk nazil etsəydik, işlər həll olar, sonra onlar nəzərə alınmazlar!
A.Mehdiyev və D.Cəfərli:
Onlar «nə üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?» dedilər. Əgər mələk nazil etsək (və onlar inkar etsələr, Bizim ənənəvi qanunlarımıza uyğun olaraq) (onların həlak olmaları) mütləq sona çatar onlara daha heç bir möhlət verilməz.
Kövsər Tağıyev:
Bir dedilər ki: “Yaxşı olardı ki, Ona (gözlə görəcəyimiz) bir mələk endiriləydi”. Əgər (elə) bir mələk endirsəydik, artıq bitmiş olardı, sonra onlara möhlət verilməzdi. (Dərhal həlak edilərdilər.)
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərdilər: "Kaş ona [peyğəmbərə] bir mələk nazil olaydı!" Əgər mələk göndərsəydik, bitmiş olardı onlara daha möhlət verilməzdi.
Sabirə Dünyamalıyeva:
onlar, "Bu Peyğəmbərə bir mələk endirilməli deyildimi?" dedilər. Əgər Biz, bir mələk nazil etsəydik, iş, həqiqətən bitmiş olardı. Sonra da onlara göz açmağa belə möhlət verilməzdi.