Əlixan Musayev:
Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı? Atam mənə izn verməyincə və ya mənə aid Allah hökm verməyincə mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır.
Bünyadov-Məmmədəliyev:
Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar (pıçıldaşaraq kənara çəkildilər). Onların (qardaşların) ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır.
Elmir Quliyev
:
Отчаявшись, они уединились для совета, и старший из них сказал: "Помните ли вы о том, что отец заставил нас поклясться Аллахом и что раньше вы неправедно поступили с Йусуфом (Иосифом)? Я ни за что не покину этой страны, пока отец не разрешит мне или пока Аллах не примет Свое решение относительно меня. Воистину, Он — Наилучший из судий.
Ələddin Sultanov:
Ondan ümidlərini kəsdikləri zaman (məsələni müzakirə etmək üçün) pıçıldaşaraq bir kənara çəkildilər. Onların böyük olanı belə dedi: “Atanızın sizdən Allah adına söz aldığını və daha əvvəl Yusif barəsində də etdiyiniz xətanı bilmirsinizmi? Atam mənə icazə verənə və ya Allah Öz hökmünü verənə qədər mən buradan əsla ayrılmayacağam! O, hökm verənlərin ən yaxşısıdır.
Kerbelayi Malik ağa:
Artıq ondan ümidlərini kəsdikləri zaman bir kənara çəkildilər. Onların ən böyüyü gizlincə danışaraq belə dedi: ‘Atamızın sizdən Allah adına misaq aldığını və daha əvvəl Yusifə etdiyiniz təqsirinizi bilmirsinizmi? Atam mənə izn verənə qədər və ya Allah mənim haqqımda hökm verənə qədər, artıq buradan əsla ayrılmayacam. O hökm verənlərin ən xeyirlisidir.’
Ələsgər Musayev:
Amma elə ki, onlar məyus oldular ondan, xəlvət
danışmaq üçün təklikdə qaldılar. Onların böyüyü dedi: «Ə,
bilmirsinizmi atanız sizdən Allah qarşısında and aldı? Və
bundan qabaq Yusifə qarşı haqsızlıq etdiniz. Mən bu ərzi tərk
etmərəm, o vaxta qədər ki, atam mənə izn verə, ya Allah buna
görə mənim üçün bir hökm edə. O hakimlərin ən xeyirlisidir.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, ondan (Yusufun onların təklifini qəbul etməsindən və qardaşlarının nicat tapmasından) naümid olduqdan sonra, pıçıldaşaraq bir kənara çəkildilər. Böyükləri dedi: «Məgər atanızın (Binyamin barəsində) sizdən möhkəm ilahi bir peyman almasını və keçmişdə də Yusuf barəsində nə nöqsanlara yol verdiyinizi bilmirsiniz?! Buna görə də, (şəxsən) mən atam mənə icazə verənə və ya Allah mənim barəmdə hökm çıxarana qədər bu diyardan əsla çıxmayacağam. O, hökm edənlərin ən yaxşısıdır».
Kövsər Tağıyev:
Ondan ümidlərini üzdükdə öz aralarında danışmaq üçün bir kənara çəkildilər. Böyükləri dedi ki: “Atanızın Allah adına sizdən söz aldığını, daha əvvəl də Yusuf barəsində etdiyiniz təqsiri bilmirsinizmi? Artıq atam mənə izin verənə qədər və ya Allah haqqımda hökm verənə qədər buradan əsla ayrılmayacağam. O, hökm edənlərin ən xeyirlisidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar ondan əllərini üzdükdə bir yana çəkilərək məsləhətləşdilər. Onlardan böyüyü dedi: "Atanızın sizə Allah qarşısında and içdirməsi və bundan əvvəl isə Yusufun başına oyun gətirməniz yadınızdadırmı? Atam izn verməyincə, yaxud Allah mənə bir hökm verməyincə, mən bu torpağı tərk etməyəcəyəm. Axı O, ən yaxşı hökm verəndir.
Sabirə Dünyamalıyeva:
Artıq nə zaman ki, ondan ümidi kəsdilər, o zaman pıçıldaşaraq bir yana çəkildilər. Onların böyüyü dedi: "Atanızın sizə Allah adına and içdirdiyini və daha əvvəl Yusif barəsində həddinizi aşdığınızı bilmirsinizmi? Atam mənə izn verənə və ya Allah mənim barəmdə bir hökm verənə qədər mən artıq buradan ayrılmaram. Və Allah, hökm Verənlərin ən xeyirlisidir.