Qəsəs Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbr edənlər nail olarlar”.
Bünyadov-Məmmədəliyev:
(Axirət barəsində) elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! (Ay yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı (təmənnasında olduğunuz var-dövlətdən, dəbdəbədən) daha yaxşıdır. Buna (bu nemətə) yalnız səbr edənlər (Allaha itaət ibadət etməyi fani dünya malından üstün tutanlar, həyatın çətinliklərinə dözənlər) qovuşarlar!”
Elmir Quliyev :
А те, которым было даровано знание, сказали: "Горе вам! Вознаграждение Аллаха будет лучше для тех, которые уверовали и поступали праведно. Но не обретет этого никто, кроме терпеливых".
Ələddin Sultanov:
Elm sahibi olanlar isə: “Vay halınıza! İman gətirib yaxşı işlər görən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna yalnız səbir edənlər qovuşa bilər”, - dedilər.
Kerbelayi Malik ağa:
Elm verilənlər: ‘Sizə yazıqlar olsun! Amənu olan saleh əməl (nəfsi islahedici əməl) işləyənlər üçün Allahın savabı daha xeyirlidir. Buna (xeyirli savaba) səbir edənlərdən başqası mülaki olmaz (qovuşdurulmaz).’ dedilər.
Ələsgər Musayev:
Dedi o k?sl?r ki, elm ?ta olunmusdu: «Vay siz?! Savab? Allah?n xeyirlidir o k?s ucun ki, inan?r v? ?m?li salehdir. Buna ancaq s?br ed?nl?r qovusar!»
A.Mehdiyev və D.Cəfərli:
(İlahi din) elm(i) verilmiş şəxslər isə, dedilər: «Vay sizin halınıza! İman gətirən yaxşı görən şəxs üçün Allahın mükafatı (Qarunun bütün sərvətindən) yaxşıdır onu da yalnız səbirlilər əldə edərlər».
Kövsər Tağıyev:
Elm verilmiş kimsələr isə: “Vay halınıza! İman edib saleh işlər görənlərə Allahın verəcəyi mükafat daha xeyirlidir. Ona isə ancaq səbir edənlər qovuşdurular”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
BİIik bəxş olunanlar isə dedilər: "Vay halınıza! İman gətirib əməlisaleh olan kəs üçün Allahın mükafatı daha xeyirlidir. Onlara isə yalnız səbr edənlər qovuşdurulur."
Sabirə Dünyamalıyeva:
elm verilmiş olan kəslər isə, "Təəssüflər olsun sizə! İman gətirənlər yaxşı əməl işləyən kəslər üçün Allahın verəcəyi mükafat daha xeyirlidir. Ona da ancaq səbr edənlər qovuşar" dedilər.