Maidə Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görür-sən. Nəfslərinin onlar üçün hazırladığı şey necə pisdir. (Buna görə də) Allah onlara qəzəblənmişdir onlar əzab içində əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onların (kitab əhlinin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır!
Elmir Quliyev :
Ты видишь, что многие из них дружат с неверующими. Скверно то, что уготовили им их души, ведь поэтому Аллах разгневался на них. Они будут мучаться вечно.
Ələddin Sultanov:
Onlardan çoxunun kafirlərlə dostluq etdiyini görərsən. Nəfslərinin onlar üçün hazırladığı necə pis bir şeydir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi olaraq əzab içində qalacaqlar.
Kerbelayi Malik ağa:
Onlardan bir çoxunun kafirlərlə dostluq etdiyini görərsən. Nəfslərinin onlar üçün təqdim etdiyi isə ‘Allahın onlara qəzəblənməsidir’ ki, pis şeydir. Onlar əzab içində davamlı qalacaq olanlardır.
Ələsgər Musayev:
Onlardan əksəriyyətini görərsən ki, kafirlərlə dostluq edirlər. Necə çirkindir özləri üçün qabaqcadan hazırladıqları ki, Allahın qəzəbi onlar üçündür onlar əzabda həmişəlikdirlər!
A.Mehdiyev və D.Cəfərli:
Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş onlar ilahi əzabda həmişəlikdirlər.
Kövsər Tağıyev:
Onlardan bir çoxunun inkar edənləri dost tutduğunu görürsən. And olsun ki, özləri üçün əvvəlcədən (axirətə) göndərdikləri şey; Allahın onlara əzab verməsi necə pisdir! Onlar əzab içində əbədi olaraq qalanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların bir çoxunun kafirlərlə dostluq etdiklərini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şeylər necə pisdir! Belə ki, Allahın onlara qəzəbi tutmuşdur onlar əzab içində daimi qalasıdırlar.
Sabirə Dünyamalıyeva:
Onlardan bir çoxunun; kafirləri [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] [özlərinə] müdafiəçi, himayəçi, idarəçi qəbul etdiklərini görərsən. Nəfslərinin onların qarşısına çıxardığı şey; Allahın onlara qəzəb etməsi necə pisdir! Onlar, əzab içində həmişəlik qalacaqlar.