Nisa Surəsi 82. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.
Bünyadov-Məmmədəliyev:
Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.
Elmir Quliyev :
Неужели они не задумываются над Кораном? Ведь если бы он был не от Аллаха, то они нашли бы в нем много противоречий.
Ələddin Sultanov:
Onlar Quranı düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, həqiqətən, onda çoxlu ziddiyyətlər tapardılar.
Kerbelayi Malik ağa:
Onlar hələ Quran barəsində düşünmürlərmi? Əgər Allahdan başqası tərəfindən olsaydı, onun içində mütləq çoxlu ziddiyət tapardılar.
Ələsgər Musayev:
Ə, onlar Quran barədə düşünmürlərmi? Əgər olsaydi Allahdan qeyrisi tərəfindən, çoxlu ixtilaf tapardılar onda.
A.Mehdiyev və D.Cəfərli:
Bəs məgər onlar bu Qur’anın (maarifi) barəsində düşünmürlər?! Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar.
Kövsər Tağıyev:
Hələ Qur`anı düşünüb anlamağa çalışmırlarmı? Əgər o, Allahdan başqası tərəfindən (endirilmiş) olsaydı, mütləq onda bir çox ziddiyyət tapardılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Quran barəsində heç dərindən düşünməzlərmi? Əgər (Quran) Allahdan başqası tərəfindən olsaydı, orada çoxlu ziddiyyət tapardılar.
Sabirə Dünyamalıyeva:
Onlar hələ Quranı arxa arxaya düzərək layiqli şəkildə düşünmürlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.