Əlixan Musayev:
Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, “Biz xaçpərəstik”, - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir.
Elmir Quliyev
:
Ты непременно найдешь самыми лютыми врагами верующих иудеев и многобожников. Ты также непременно найдешь, что ближе всех в любви к верующим, являются те, которые говорят: "Мы — христиане". Это потому, что среди них есть священники и монахи, и потому, что они не проявляют высокомерия.
Ələddin Sultanov:
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. (Təfsirlərdə yuxarıdakı ayədə bildirilən kimsələrin Həbəşistana hicrət edən müsəlmanları gözəl qarşılayıb onlara sığınacaq verən xristianlar olduğu, yaxud Həzrət Peyğəmbərlə (s.ə.s) müqavilə bağlayan Nəcran xristianları olduğu qeyd edilir. Ümumiyyətlə, xristianların yəhudi və müşriklərə nisbətən müsəlmanlara daha yaxın olduqları görülür. Səlib yürüşlərində müsəlmanlara hücum edən xristianları bir tərəfə qoysaq, dünyadan uzaqlaşaraq ibadətlə məşğul olan rahiblərin və onların təsirində qalan xristianların İslama daha yaxın olduqları da bir həqiqətdir.)
Kerbelayi Malik ağa:
Amənu olanlara qarşı insanlardan ən şiddətli düşmən olaraq yəhudiləri və (Allaha) şirk qoşanları (müşrikləri) görərsən. Dostluq baxımından amənu olanlara ən yaxın olaraq da: ‘Şübhəsiz ki, biz nasraniyik (xristiyanıq).’ deyənləri görərsən. Bu onların arasında keşişlər və rahiblərin olması və onların təkəbbürlənməməsi (böyüklənməməsi) səbəbiylədir.
Ələsgər Musayev:
İnsanlar
içərisində inananlara qarşı şiddətli ədavətdə taparsan o kəsləri
ki, hidayət olunublar və o kəslər ki, müşrikdirlər. O kəslər ki,
deyirlər: «Biz yardım olunanlarıq»- inanlar üçün yaxın dost
taparsan. Bu, ona görədir ki, onların içərisində bilici və rahblər
var və onlar təkəbbürlük etməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) İman edənlərə düşmənlik etmək baxımından insanların ən şiddətlisinin yəhudilər ilə Allaha şərik qoşanlar olduğunu görərsən. Yenə onların iman edənlərə sevgi baxımından ən yaxınının da “Biz xristianlarıq” deyənlər olduğunu mütləq görərsən. Çünki onların içində keşişlər və rahiblər var. Onlar təkəbbür göstərməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
And olsun ki, sən iman gətirənlərə düşmənçilik baxımından ən şiddətli olaraq yəhudiləri və müşrikləri görəcəksən. "Biz xaçpərəstik." - deyənləri isə iman gətirənlərə mehribançılıq baxımından daha yaxın görəcəksən. Çünki onların içərisində keşişlər və rahiblər vardır və onlar təkəbbür göstərmirlər.
Sabirə Dünyamalıyeva:
Sən, şübhəsiz, yəhudiləri və şərik qoşan kəsləri, iman edənlərə qarşı düşmənçilikdə ən şiddətli kəslər olaraq görərsən. Və şübhəsiz, "Həqiqətən biz nəsraniyik/xristiyanıq" deyən kəsləri, iman edənlərə məhəbbət [göstərməkdə] ən yaxın kəslər olaraq görərsən. Bu, onların içərisində keşişlərin və yontulmuşların/adam olmuşların olması və onların özlərini yuxarı tutmamaları səbəbindəndir.